Əlixan Musayev:
Kafir olduqlarına, ayələrimi və elçilərimi lağlağıya qoyduqlarının əvəzi – Cəhənnəmdir.
Bünyadov-Məmmədəliyev:
Küfr etdiklərinə, ayələrimi və peyğəmbərlərimi məsxərəyə qoyduqlarına görə budur onların cəzası – Cəhənnəm!
Elmir Quliyev
:
Геенна будет им воздаянием за то, что они не уверовали и насмехались над Моими знамениями и Моими посланниками.
Ələddin Sultanov:
İnkar etmələri, ayələrimə və peyğəmbərlərimə istehza etmələri səbəbilə onların cəzası cəhənnəmdir.
Kerbelayi Malik ağa:
Ayələrimi və rəsullarımı lağa qoymaları və inkar etmələri səbəbiylə onların cəzası bu cəhənnəmdir.
Ələsgər Musayev:
Budur
onların cəzası – cəhənnəm, nə ilə ki, kafir oldular və Mənim
ayətlərimi və rəsullarımı əyləncəyə tutdular!
A.Mehdiyev və D.Cəfərli:
Belə ki, onların cəzası Cəhənnəmdir. Çünki onlar küfr etdilər və Mənim tovhid nişanələrimi və peyğəmbərlərimi məsxərəyə qoydular.
Kövsər Tağıyev:
Bax belə... Küfr etdikləri üçün, ayələrimi və peyğəmbərlərimi məsxərəyə qoyduqları üçün onların cəzası cəhənnəmdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Küfr etdiklənnə. ayələrimi və peyğəmbərlərimi istehza ilə qarşıladıqlarına görə bu, onlann cəzasıdır -cəhənnəmdir.
Sabirə Dünyamalıyeva:
İşlədikləri küfrlər; Allahın məbud və rəbb olduğunu bilərək rədd etmək, Mənim ayələrimi və elçilərimi məsxərəyə qoymaq üzündən, onların cəzaları cəhənnəmdir.