Əlixan Musayev:
Biz (hər hansı) bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?
Bünyadov-Məmmədəliyev:
Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!
Elmir Quliyev
:
Когда Мы отменяем или заставляем забыть один аят, то приводим тот, который лучше его, или равный ему. Разве ты не знаешь, что Аллах способен на всё?
Ələddin Sultanov:
Biz hər hansı bir ayəni nəsx edər və ya unutdurarıqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətirərik. Bilmirsənmi ki, Allah hər şeyə qadirdir?! (Bir ayənin hökmünün daha sonra nazil olan bir ayə ilə ləğv edilməsinə “nəsx” deyilir. Allah hər bir dövrdə yaşayan insanların ehtiyaclarına uyğun olaraq lazım gəldikcə yeni peyğəmbərlər və yeni ilahi kitablar göndərmişdir. Beləcə, daha əvvəlki ilahi kitabların hökmünü nəsx etmişdir. Qurani-Kərimdə də bəzi ayələr digər bəzi ayələrin hökmünü nəsx etmişdir. Yuxarıdakı ayədə qeyd olunan nəsxi hər iki mənada başa düşmək olar.)
Kerbelayi Malik ağa:
Biz bir ayədən nəyi dəyişdirsək və ya nəyi unutdursaq ondan daha xeyirlisini və ya onun bənzərini gətirərik. Allahın hər şeyə qadir olduğunu bilmirsənmi?
Ələsgər Musayev:
Nə ki, Biz nüsxəmiz ayətdən ya unutduraq onu gələrik
xeyirlisi ilə ondan ya misli ilə onun. Ə, bilmirsənmi ki, Allah
üzərində külli şeyin Qadirdir?
A.Mehdiyev və D.Cəfərli:
Hər hansı bir nişanəni aradan aparsaq, ya yaddaşlardan silsək, ondan daha xeyirlisini, ya onun bənzərini gətirərik (hər hansı bir Qur’an ayəsini, ya ümumi bir hökmü, ya hansısa bir ilahi dəlili və ya digər əlamətləri götürsək, onun yerinə başqasını gətirərik). Məgər Allahın hər bir şeyə qadir olmasını bilmirsən?!
Kövsər Tağıyev:
Biz hər hansı bir ayənin hökmünü ləğv etsək və ya onu unutdursaq (ya da müəyyən bir vaxta qədər təxirə salsaq), əvəzinə daha xeyirlisini və ya onun mislini gətirərik. Allahın gücünün hər şeyə haqqı ilə çatdığını bilmirsənmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Biz hər hansı bir ayəni dəyişdirir və ya unutdururuqsa, onda da yaxşısını və ya ona bənzərini gətiririk. Sən bilmirsənmi ki, Allah hər şeyə qadirdir ?!
Sabirə Dünyamalıyeva:
Biz, bir ayədən/işarətdən/nişanədən nəyi isə ləğv etsək yaxud dedirtməsək, ondan daha yaxşısını, yaxud ona bənzəyəni gətirərik. Sən, Allahın şübhəsiz, hər şeyə ən yaxşı qadir olduğunu bilmirsənmi?