Ali-İmran Surəsi 106. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O gün (neçə-neçə) üzlər ağaracaq, (neçə-neçə) üzlər qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə, küfrünüzə görə dadın əzabı!”– (deyiləcəkdir).
Bünyadov-Məmmədəliyev:
Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!” deyiləcəkdir.
Elmir Quliyev :
в тот день, когда одни лица побелеют, а другие почернеют. Тем, чьи лица почернеют, будет сказано: "Неужели вы стали неверующими после того, как уверовали? Вкусите же мучения за то, что вы не верили!"
Ələddin Sultanov:
O gün bəzi üzlər ağaracaq, bəziləri qaralacaqdır. Üzləri qaralan kəslərə (belə deyiləcək): “İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə, kafir olduğunuza görə dadın əzabı!”
Kerbelayi Malik ağa:
O gün (bəzi) üzlər ağaracaq (bəzi) üzlər qaralacaq. O zaman üzləri qaralan kəslərə: ‘İmanınızdan sonra siz inkarmı etdiniz? Elə isə inkar etdiyinizə görə əzabı dadın’ (deyilir).
Ələsgər Musayev:
O gün bəyaz olar üzlər qaralar üzlər. Amma o kəslərin ki, qaralar üzləri: «Ə, kafirmi oldunuz iman gətirəndən sonra? Dadın əzabı ilə ki, oldunuz kafirlər!»
A.Mehdiyev və D.Cəfərli:
B?zi uzl?rin ag v? b?zi uzl?rin qara olacag? gund?! Uzl?ri qara olanlara g?ldikd? (onlara deyil?c?k): «Iman g?tirdikd?n sonra kafir oldunuz?! El? is? kufr etdiyiniz seyin muqabilind? dad?n bu ?zab?!»
Kövsər Tağıyev:
O gün bəzi üzlər ağarar, bəzi üzlər qaralar. Üzləri qaralanlara: “İmanınızdan sonra inkar etdiniz, eləmi? Elə isə inkar etməyinizin müqabilində əzabı dadın”, deyilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı günü (yad edin). Üzləri qara olanlara: "iman gətirdikdən sonra kafirmi oldunuz? Etdiyiniz kafirliyə görə əzab-əziyyəti dadın! - (deyiləcəkdir.)
Sabirə Dünyamalıyeva:
Üzləri qaralan kəslərə: "Siz inandıqdan sonra yenidən kafir [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən] biri oldunuz? Elə isə, küfr işlədiyiniz [Allahın məbud rəbb olduğunu bilə-bilə rədd etdiyiniz üçün görün cəzasını!" [deyiləcək].