Əlixan Musayev:
Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir.
Bünyadov-Məmmədəliyev:
Rəbbinin istədiyi (tövhid və iman əhli) istisna olmaqla, onlar orada əbədi göylər və yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. (Günahkar möminlər kafirlərdən fərqli olaraq bir müddət Cəhənnəmdə qalıb günahları təmizlənəndən sonra Allahın iznilə Cənnətə daxil ediləcəklər).
Elmir Quliyev
:
Они пребудут там вечно, пока существуют небеса и земля, если только твой Господь не пожелает иного. Воистину, твой Господь вершит то, что пожелает.
Ələddin Sultanov:
Rəbbinin diləməsi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, sənin Rəbbin istədiyini edəndir.
Kerbelayi Malik ağa:
Onlar səmalar və yer üzü (cəhənnəmin səmaları və yeri) durduqca orada əbədi qalacaqlar. Rəbbinin dilədiyi şey (cəhənnəmi yox etməyi diləməsi) xaric. Şübhəsiz ki, sənin Rəbbin dilədiyi şeyi edəndir.
Ələsgər Musayev:
həmişəlik orada qalacaqlar, nə qədər ki, səmalar
və ərz durur, ancaq nə ki, sənin Rəbbin istəyə. Həqiqətən,
Rəbbin nə istəsə edər!
A.Mehdiyev və D.Cəfərli:
Orada (axirət aləminin) göylər(i) və yer(i) durduqca əbədi qalacaqlar, Rəbbinin istədiyi şey (əbədiliyi dəyişdirmək istəməsi) istisna olmaqla (hərçənd ki, şübhəsiz, O da bunu dəyişdirməyəcəkdir). Şübhəsiz sənin Rəbbin istədiyi şeyi qüdrətlə yerinə yetirəndir.
Kövsər Tağıyev:
Göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Ancaq Rəbbinin diləməsi istisnadır. Şübhəsiz, Rəbbin istədiyini edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar göylər və yer durduqca ancaq sənin Rəbbinin istədiyi vaxta qədər orada daimi qalacaqlar. Həqiqətən, sənin Rəbbin istədiyini edəndir!
Sabirə Dünyamalıyeva:
Göylər və yer durduqca onlar da o atəşdə sürəkli qalacaqlar. -Ancaq Rəbbinin dilədiyi istisna olmaqla.- Həqiqətən, Rəbbin istədiyi şeyi ən yüksək səviyyədə edəndir.