Əlixan Musayev:
Məgər onlar Allahın (hər )(şeyi) bürüyən əzabının onları qaplamayacağına və ya özləri də hiss etmədən o Saatın onlara qəflətən gəlməyəcəyinə əmindirlərmi?
Bünyadov-Məmmədəliyev:
Məgər (müşriklər) Allahın əzabından onlara bir bəla gəlməyəcəyinə və ya qiyamətin, özləri də bilmədən, qəflətən başlarının üstünü almayacağına əmindirlərmi?
Elmir Quliyev
:
Неужели они не опасаются того, что покрывало наказания Аллаха окутает их или что Час настанет внезапно, когда они об этом и думать не будут?
Ələddin Sultanov:
Yoxsa onlar Allahın hər şeyi bürüyən əzabının gəlməyəcəyindən, yaxud özlərinin də xəbəri olmadan qiyamətin qəfildən qopmayacağından əmindirlərmi?!
Kerbelayi Malik ağa:
Bundan sonra Allahın əzabından bir pərdənin (hər şeyi örtüb bürüyən bir əzabın) gəlməsindən və ya onlar fərqində olmadan o saatın qəflətən onlara gəlməyəcəyindən əminmi oldular?
Ələsgər Musayev:
Ə, onlar əmindirlərmi Allahın
əzabının gəlməsinə, ya saatın onlara qəflətən gəlməsinə, bir
halda ki, onlar bilməyələr?
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də, məgər onlar Allahın əzablarından (hər yeri) bürüyən bir əzabın onlara yetişməsindən və ya Qiyamətin qəflətən, fikirlərinə belə gətirmədikləri bir halda onları haqlamasından amandadırlar?!
Kövsər Tağıyev:
Yoxsa onlar Allah tərəfindən özlərini əhatə edəcək bir əzabın gəlməyəcəyindən və ya özləri də bilmədən qiyamətin qəflətən gəlib çatmayacağından əmindirlər?
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara Allahın əzabından bir bəlanın gəlməyəcəyinə, yaxud qiyamətin qəflətən heç özləri də duymadan gəlməyəcəyinəmi əmindirlər?
Sabirə Dünyamalıyeva:
Yoxsa onlar, Allahın əzablarından hamısını bürüyən bir fəlakətin gəlməyəcəyindən və ya fərqində olmadıqları halda, qəflətən vaxtın/qiyamətin qopma anının gəlməyəcəyindən əmindirlərmi?