Əlixan Musayev:
Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.
Bünyadov-Məmmədəliyev:
Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik. (Sən təkcə insanlara deyil, eyni zamanda cinlərə də peyğəmbər göndərilmisən. Bütün aləmlər əhli, o cümlədən göydəki mələklər, yerdəki insanlar və cinlər sənin vücudunla şərəfə nail olurlar. Sənin sayəndə günahkarlara möhlət verilmiş, hətta səni inkar edənlərin belə cəzası qiyamətə qədər təxirə salınmışdır. Möminlər isə sənə iman gətirməklə dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi səadətə nail olacaqlar).
Elmir Quliyev
:
Мы отправили тебя только в качестве милости к мирам.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik!
Kerbelayi Malik ağa:
Səni Biz yalnız aləmlərə rəhmət olaraq göndərdik.
Ələsgər Musayev:
Göndərdik səni ancaq rəhmət olaraq aləmlər
üçün.
A.Mehdiyev və D.Cəfərli:
(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Səni aləmlərə ancaq rəhmət olaraq göndərdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz səni aləmlər üçün ancaq bir mərhəmət kimi göndərmişik.
Sabirə Dünyamalıyeva:
Biz, səni də ancaq aləmlərə bir rəhmət olaraq/rəhmət üçün göndərdik.