Əlixan Musayev:
Bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur. Onlar əsl qafildirlər.
Bünyadov-Məmmədəliyev:
Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir. Onlar (Allahın kafirlər üçün hazırladığı əzabdan) qafildirlər!
Elmir Quliyev
:
Аллах запечатал их сердца, слух и зрение. Они и есть беспечные невежды.
Ələddin Sultanov:
Onlar, Allahın qəlblərini, qulaqlarını və gözlərini möhürlədiyi kəslərdir. Onlar əsil qafillərdir.
Kerbelayi Malik ağa:
Onlar Allahın qəlblərini, qulaqlarını və gözlərini möhürlədiyi kəslərdir. Onlar qafillərdir.
Ələsgər Musayev:
Həmin onlar o kəslərdir ki, Allah möhür vurub onların
qəlblərinə və eşitmələrinə və bəsirətlərinə və həmin onlardır ki,
qafildirlər!
A.Mehdiyev və D.Cəfərli:
Onlar Allahın qəlb, qulaq və gözlərinə (bədbəxtlik və anlamazlıq) möhürü vurduğu kəslərdir və onlar həmin qafillərdir.
Kövsər Tağıyev:
Onlar qəlblərini, qulaqlarını və gözlərini Allahın möhürlədiyi kimsələrdir. Onlar əsl qafillərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar o kəslərdir ki, Allah onların ürəklərinə, qulaqlarına və gözlərinə möhür vurub qapamışdır. Onlar qəflətdə qalanlardır.
Sabirə Dünyamalıyeva:
Onlar, qəlblərini, qulaqlarını və gözlərini Allahın möhürlədiyi kəslərdir. Laqeyd, cahil, qafil olanlar da məhz onlardır.