Taha Surəsi 108. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O gün insanlar heç bir yana meyl etmədən carçının arxasınca yeriyəcəklər. Ər-Rəhmanın qarşısında səslər kəsiləcək sən yalnız pıçıltı eşidəcəksən.
Bünyadov-Məmmədəliyev:
O gün insanlar (qəbirlərindən qalxıb) heç bir başqa tərəfə meyl etmədən carçının (hamını məhşərə çağıran İsrafilin) ardınca gedəcəklər. Rəhmanın (əzəməti, heybəti) qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən!
Elmir Quliyev :
В тот день они последуют за глашатаем, и им не удастся уклониться от этого. Их голоса перед Милостивым будут смиренны, и ты услышишь только тихие звуки.
Ələddin Sultanov:
O gün onlar hər hansı bir tərəfə yönəlmədən dəvətçiyə (İsrafilə) uyacaqlar. Rəhman (olan Allahın) hüzurunda bütün səslər kəsiləcəkdir. Buna görə pıçıltıdan başqa bir şey eşidə bilməzsən.
Kerbelayi Malik ağa:
İzn günü insanlar heç bir tərəfə meyl etmədən dəvətçiyə tabe olarlar. Rəhmana qarşı səslər qısılar. O zaman pıçıltıdan başqa bir səs eşitməzsən.
Ələsgər Musayev:
Tabedirlər çağırışa o gün yoxdur onun üçün əyrilik. Rəhmanın hüzurunda səslər kəsilər pıçıltıdan başqa bir şey eşitməzsən!
A.Mehdiyev və D.Cəfərli:
Həmin gün hamı haqqa çağırana tabe olar, dəvət edəndən bir səhv əyrilik, dəvət ediləndən bir sapma itaətsizlik baş verər. Rəhman olan Allahın qarşısında bütün səslər batar yavaş nəfəs səsləri aram ayaq sədasından başqa bir şey eşitməzsən.
Kövsər Tağıyev:
O gün insanlar qaçılması mümkün olmayan dəvətçiyə (İsrafilə) tabe olarlar. Rəhmanın əzəməti qarşısında səslər qısılar. Artıq sadəcə pıçıltı eşidə bilərsən.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü onlar heç bir tərəfə meyl etmədən carçının [İsrafilin] ardınca gedəcəklər. Səslər mərhəmətli Allahın hüzurunda sakitləşəcək sən ancaq pıçıltı eşidəcəksən.
Sabirə Dünyamalıyeva:
O gün, heç bir əyriliyi olmayan o dəvətçiyə tabe olacaqlar Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah] qarşısında səslər kəsiləcək. Artıq yalnız zəif bir səs eşidəcəksiniz.