Yunus Surəsi 109. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sənə nazil edilən vəhylərə tabe ol Allah Öz hökmünü verənə qədər səbr et. O, hökmranların ən yaxşısıdır.
Bünyadov-Məmmədəliyev:
Sənə vəhy gəlirsə, ona tabe ol. Allah hökm (zəfər hökmünü) verənə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır!
Elmir Quliyev :
Следуй тому, что внушается тебе в откровении, и терпи, пока Аллах не вынесет приговор, ведь Он Наилучший из судей.
Ələddin Sultanov:
(Ey peyğəmbər!) Sənə gələn vəhyə tabe ol Allah (onlar barəsində) hökm verənə qədər səbir et! O, hökm verənlərin ən yaxşısıdır.
Kerbelayi Malik ağa:
Sənə vəhy olunana tabe ol! Allah hökm verənə qədər səbir et! O, hökm verənlərin ən xeyirlisidir.
Ələsgər Musayev:
Tabe ol, ki, sənə vəhy edilir səbr et, ta Allah hökm edə O hakimlərin xeyirlisidir!
A.Mehdiyev və D.Cəfərli:
Sənə vəhy olunana tabe ol (dəvət vəzifəsinin yerinə yetirilməsində) Allah (səni inkar edənlərlə sənin aranda) hökm çıxarana kimi səbr et. O, hökm çıxaranların ən yaxşısıdır.
Kövsər Tağıyev:
Əgər sənə endirdiyimiz şeydən şübhə edirsənsə, səndən əvvəl Kitabı (Tövratı) oxuyanlardan soruş. And olsun ki, sənə Rəbbindən haqq gəlmişdir. Elə isə şübhə edənlərdən olma!
M.Qənioğlu və T.Bilaloğlu:
Sənə vəhy olunmuşun ardınca get Allah hökm verənə qədər səbr et, axı O, hökm verənlərin ən yaxşısıdır.
Sabirə Dünyamalıyeva:
sən, sənə vəhy edilən şeyə tabe ol! Allah Öz hökmünü verənə qədər səbr et. Allah, hökm verənlərin ən xeyirlisidir.