Yusif Surəsi 109. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz səndən əvvəl məmləkət əhlindən yalnız özlərinə vəhy etdiyimiz kişilərdən elçi göndərdik. Məgər (müşriklər) yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlər? Əlbəttə, Axirət yurdu (Allahdan) qorxanlar üçün daha xeyirlidir. Məgər anlamırsınız?
Bünyadov-Məmmədəliyev:
Səndən əvvəl (səhra əhlindən deyil) ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə-neçə kişilər (qadın, mələk yox, məhz kişi peyğəmbərlər) göndərdik. Məgər (bu müşriklər) yer üzündə gəzib dolaşmırlarmı ki, özlərindən əvvəl gəlib-gedənlərin (məhv olmuş xalqların, tayfaların) aqibətinin necə olduğunu görsünlər? Həqiqətən, axirət yurdu Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?
Elmir Quliyev :
До тебя Мы направляли посланниками только мужей из селений, которым мы внушали откровение. Разве они не странствовали по земле и не видели, каким был конец тех, которые жили до них? Воистину, обитель в Последней жизни лучше для богобоязненных. Неужели они не разумеют?
Ələddin Sultanov:
Səndən əvvəl yalnız şəhər əhlindən vəhy etdiyimiz kişiləri peyğəmbər göndərdik. Onlar yer üzündə gəzib dolaşmadılarmı ki, özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görsünlər?! Şübhəsiz, təqva sahibləri üçün axirət yurdu daha yaxşıdır. Hələ dərk etmirsinizmi?
Kerbelayi Malik ağa:
Səndən əvvəl şəhərlərin əhlindən olub özlərinə vəhy etdiyimiz kişilər göndərdik. Onlar yer üzündə gəzib dolaşmırlarmı? Artıq baxıb görsünlər! Onlardan əvvəlkilərin aqibətləri necə oldu? Təqva sahibləri üçün axirət yurdu mütləq daha xeyirlidir. Hələ ağıl işlətmirsinizmi?
Ələsgər Musayev:
Biz səndən qabaq da göndərdik kənd əhlindən, ancaq kişilər ki, onlara vəhy edirdik. Ə, məgər ərzdə seyr etmirlərmi nəzər salsınlar necə oldu onlardan qabaqkıların aqibəti? Axirət evi xeyirlidir o kəslər üçün ki, təqvalıdırlar. Ə, məgər əql etməzsinizmi?
A.Mehdiyev və D.Cəfərli:
səndən öncə (bəşər cəmiyyətinin hidayəti üçün mələkləri, qadınları səhrada yaşayanları deyil) yalnız şəhər kənd əhalisindən olub vəhy nazil etdiyimiz kişiləri göndərmişik. Məgər onlar özlərindən əvvəl olmuş kimsələrin aqibətlərinin necə olmasını görmək üçün yer üzündə seyr etməyiblər?! Əlbəttə, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?!
Kövsər Tağıyev:
Biz səndən əvvəl məmləkətlərin əhalisindən yalnız özlərinə vəhy etdiyimiz bəzi kişiləri peyğəmbər olaraq göndərdik. Yer üzündə dolaşıb özlərindən əvvəl gələnlərin aqibətlərinin necə olduğuna baxmadılarmı? Əlbəttə, axirət yurdu Allaha qarşı gəlməkdən çəkinənlər üçün daha yaxşıdır. Hələ düşünmürsünüzmü?
M.Qənioğlu və T.Bilaloğlu:
Səndən əvvəl şəhər əhli içərisindən vəhy etdiyimiz adamları (peyğəmbərlər) göndərdik. Onlar [müşriklər] yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu bir görməzlərmi? Müttəqilər üçün axirət evi daha xeyirlidir. Məgər anlamırsınız?
Sabirə Dünyamalıyeva:
Biz səndən əvvəl ancaq şəhərlərin öz əhalisindən [olan], vəhy nazil etdiyimiz bəzi yetkin adamları elçi olaraq göndərdik. İndi o yerlərdə bir gəzib baxmırlarmı? Özlərindən əvvəl gəlib-gedənlərin aqibətinin necə olduğuna bir baxsalar! Əlbəttə axirət yurdu Allahın mühafizəsi altına daxil olan kəslər üçün daha xeyirlidir. Hələ ağlınızı işlətməyəcəksinizmi?