Ənbiya Surəsi 109. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər onlar üz döndərsələr, de: “(Mən bu dini )sizə olduğu kimi təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın ya uzaq olduğunu bilmirəm.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Əgər onlar (imandan) üz döndərsələr, de: “(Mənə vəhy olunanı) sizə olduğu kimi (hamıya eyni dərəcədə) bildirdim. Sizə vəd olunan şeyin (qiyamət gününün ya möminlərin qələbəsinin) yaxınmı, uzaqmı olduğunu bilmirəm.
Elmir Quliyev :
Если они отвернутся, то скажи: предупреждаю всех вас в равной мере, и я не знаю, рано или поздно настанет то, что вам обещано.
Ələddin Sultanov:
Əgər onlar üz döndərsələr, de ki: “(Mənə vəhy olunanı) olduğu kimi sizə bildirdim. Sizə vəd olunanın (əzabın) yaxınmı, yoxsa uzaqmı olduğunu bilmirəm.
Kerbelayi Malik ağa:
Əgər bundan sonra üz çevirsələr, o zaman de ki: ‘Sizə (hər kəsə) eyni şəkildə (Allahın əmrlərini) bildirdim (elan etdim). Vəd olunduğunuz şey (əzab) uzaqmı yoxsa yaxınmı, mən bilmirəm.’
Ələsgər Musayev:
Əgər üz çevirsələr, de: «Mən çağırıram sizi bərabər mən bilmirəm yaxındır, yoxsa uzaqdır, ki, sizə vəd olunub.
A.Mehdiyev və D.Cəfərli:
Əgər üz döndərsələr de: «Sizə bərabər şəkildə elan xəbərdarlıq etdim. Sizə vəd olunan şeyin yaxın yoxsa uzaq olmasını (isə) bilmirəm.»
Kövsər Tağıyev:
Əgər üz çevirsələr, de ki: “(Mənə əmr olunanı, ayrıseçkilik etmədən) sizə eyni ölçüdə bildirdim. Təhdid olunduğunuz şeyin yaxın, yoxsa uzaq olduğunu bilmirəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar üz döndərsələr, onda de: “Mən sizin hamınıza xəbər verdim. Sizə vəd olunanın [əzabın] yaxında ya uzaqda olduğunu isə mən bilmirəm.
Sabirə Dünyamalıyeva:
Buna baxmayaraq, əgər üz döndərsələr: "Sizə doğru/bərabər [eyni] dərəcədə/tərəfsiz olaraq açıqladım təhdid edildiyiniz şeyin yaxın, yoxsa uzaq olduğunu bilmirəm.