Hicr Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər.
Bünyadov-Məmmədəliyev:
Onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər!
Elmir Quliyev :
Какой бы посланник ни приходил к ним, они издевались над ним.
Ələddin Sultanov:
Onlar özlərinə gələn hər bir peyğəmbərə istehza edirdilər.
Kerbelayi Malik ağa:
Onlara elə bir rəsul gəlmədi ki, onunla istehza etmiş olmasınlar.
Ələsgər Musayev:
Gəldi onlara hər hansı rəsuldan, ancaq oldular onunla istehza edənlər.
A.Mehdiyev və D.Cəfərli:
onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər.
Kövsər Tağıyev:
Onlar özlərinə gələn hər peyğəmbərə istehza edirdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara elə bir peyğəmbər gəlmədi ki, onlar ona istehza etməsinlər.
Sabirə Dünyamalıyeva:
onlara hər hansı bir peyğəmbər gəlsə, mütləq ona istehza edərdilər.