İsra Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnsan (özünə) xeyir dilədiyi kimi, şər diləyir. Doğrusu, insan tələsəndir.
Bünyadov-Məmmədəliyev:
İnsan (özünə) xeyir-dua etdiyi kimi, bəd dua da edər. (Adamın hirsi tutduqda özünə, yaxud övladına bəd dua edər. Əgər Allah həmin şəxsin duasını qəbul etsə, dərhal onun özünü, yaxud övladını məhv etməlidir. Lakin Allah səbrlidir, bəndələrinə əzab verməkdə tələsməz). İnsan (hər şeydə) tələskəndir (gördüyü işin aqibətini düşünməyə hövsələsi çatmaz).
Elmir Quliyev :
Человек молит о зле подобно тому, как он молит о добре. Воистину, человек тороплив.
Ələddin Sultanov:
İnsan (özü üçün) xeyir istədiyi kimi, şər istəyər. Axı insan çox tələskəndir. (Bu ayə insanın psixoloji yönlərinə işarə edir. Çünki insan hirsləndiyində, yaxud böyük bir çətinliklə üzləşdiyində səbir etmək əvəzinə tezliklə bu sıxıntıdan xilas olmaq istəyir. Bu arzusu həyata keçmədikdə isə özünə bəddua edir ya daha böyük səhvlərə yol verir. Yuxarıdakı ayədə buna işarə edilmişdir.)
Kerbelayi Malik ağa:
İnsan sanki onun duası xeyirmiş kimi şərə dua edər. İnsan çox tələsən olmuşdur.
Ələsgər Musayev:
Insan özünə şər istəyər, qədər, xeyir istəyir insan çox tələsəndir.
A.Mehdiyev və D.Cəfərli:
İnsan (həqiqəti bilmədiyi üçün, yaxud qəzəb halında Allahdan) xeyir istədiyi kimi, şər zərər (də) istəyir. İnsan (təbiətcə) tələsəndir (nəfsi istəklərinin tələb etdiyi şeyi onun aqibətini düşünmədən istəyir).
Kövsər Tağıyev:
İnsan xeyrə dua edir kimi şərə dua edər. İnsan çox tələskəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsan (Allahdan) xeyri dilədiyi kimi şəri özü diləyər [qarğış edər]. Axı insan tələsəndir.
Sabirə Dünyamalıyeva:
insan, şəri elə dəvət edir ki, elə bil xeyiri dəvət edir. insan çox tələsəndir.