Məryəm Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, mehrabdan öz camaatının qarşısına çıxıb onlara işarə ilə başa saldı ki: “Səhər-axşam (Allaha) təriflər deyin!”
Bünyadov-Məmmədəliyev:
(Nəhayət, Zəkəriyyanın dili tutulduğu, ona danışmaq qadağan edildiyi üçün artıq zövcəsinin hamilə olduğunu başa düşdü Allahın Öz əhdinə sadiq olduğuna bir daha əmin olub Ona cani-dildən şükür etdi). Sonra (Zəkəriyya) mehrabdan (məbəddən) öz camaatının qabağına çıxıb (əli ilə) onlara belə işarə etdi: “Səhər-axşam (Allahı) təqdis edib şəninə təriflər deyin! (Və ya namaz qılın!)”
Elmir Quliyev :
Он вышел из молельни к своему народу и дал им понять: "Воздавайте хвалу по утрам и перед закатом!"
Ələddin Sultanov:
Beləcə o, məbəddən qövmünün hüzuruna çıxdı onlara: “Səhər-axşam təsbeh edin (Allahın şəninə təriflər deyin)!” - deyə işarə etdi. (Allah-Təala qocalmış olan Zəkəriyyə qısır zövcəsinə bir övlad bəxş etməklə Öz qüdrətini göstərmişdir. Bundan sonra Uca Allah həmin uşağa belə vəhy etmişdir:)
Kerbelayi Malik ağa:
Bundan sonra mehrabdan qövmünün qarşısına çıxdı. Beləcə onlara (Allahı) səhər-axşam təsbeh etmələrini vəhy etdi (danışmadan işarə etdi).
Ələsgər Musayev:
Mehrabdan qoumuna tərəf xaric oldu onlara vəhy etdi ki: «Saya salın Onu səhər axşam!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə o, mehrabdan qövmünün yanına çıxdı onlara işarə etdi ki, səhər axşam Allahı pak sifətlərlə mədh edin (və ya namaz qılın. onlar bu işarədən başa düşdülər ki, övlad vədinin həyata keçməsi yaxınlaşıb).
Kövsər Tağıyev:
Zəkəriyya ibadət yerindən öz qövmünün qarşısına çıxdı. (Danışmaq istədi, ancaq danışa bilmədi) onlara: “Səhər-axşam Allahı təsbih edin”, deyə işarə etdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Zəkəriyyə mehrabdan öz camaatının qarşısına çıxaraq onlara işarələrlə belə təlqin etdi: “Səhər-axşam (Allahın şəninə) təriflər deyin!
Sabirə Dünyamalıyeva:
Belə olan halda, Zəkəriyya mehrabdan; öz məzsusi yerindən camaatın qarşısına çıxıb onlara işarə etdi ki, həmişə/daim Allahı bütün nöqsanlıqlardan pak bilsinlər.