Əlixan Musayev:
Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.
Bünyadov-Məmmədəliyev:
Onlara : “Yer üzündə (küfr və günah işlədərək, möminləri aldadaraq) fəsad törətməyin!” -dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”, -deyə cavab verirlər.
Elmir Quliyev
:
Когда им говорят: "Не распространяйте нечестия на земле!" — они отвечают: "Только мы и устанавливаем порядок".
Ələddin Sultanov:
Onlara: “Yer üzündə fitnə-fəsad törətməyin!” - deyildikdə onlar: “Biz yalnız islahedicilərik!” - deyərlər.
Kerbelayi Malik ağa:
Onlara: 'Yer üzündə fəsad çıxarmayın!' deyildiyi zaman: 'Biz yalnız islahediciyik.' dedilər.
Ələsgər Musayev:
Onda ki deyildi onlar üçün: «Fəsad etməyin ərzdə!» Dedilər:
«Həqiqətən biz salehlərik!»
A.Mehdiyev və D.Cəfərli:
Onlara «yer üzündə fəsad törətməyin» deyildikdə «biz yalnız islah edənlərik» deyərlər.
Kövsər Tağıyev:
Bunlara: “Yer üzündə fəsad törətməyin”, – deyildikdə, “Biz ancaq islah edənlərik”, – deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara: "Yer üzündə fitnə-fəsad törətməyin !" dedikdə, "Biz ki, yalnız xeyir iş tutanlarıq !" söyləyirlər.
Sabirə Dünyamalıyeva:
Onlara, "Yer üzündə fəsad törətməyin" dedikdə, "Biz ancaq sahmana salan kəslərik" deyərlər.