Nur Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şübhəsiz ki, (Aişə barəsində) yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu, sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdulah ibn Ubeyyi) isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir!
Elmir Quliyev :
Те, которые возвели навет на мать правоверных Аишу, являются группой из вас самих. Не считайте это злом для вас. Напротив, это является добром для вас. Каждому мужу из них достанется заработанный им грех. А тому из них, кто взял на себя большую часть этого, уготованы великие мучения.
Ələddin Sultanov:
Həqiqətən, (Peyğəmbərin xanımına) iftira atanlar sizin içinizdən bir qrupdur. Bunu özünüz üçün pis bir şey hesab etməyin! Əksinə, o sizin üçün xeyirlidir. Onlardan hər biri qazandığı günahın cəzasını çəkəcəkdir. Onlardan günahın böyüyünü yüklənənə gəlincə, onun üçün böyük bir əzab vardır. (Bu ayə bundan sonrakı doqquz ayənin nazil olma səbəbi bir qrup münafiqin Həzrət Peyğəmbərin xanımı Həzrət Aişəyə iftira atmasıdır. Buna İslam tarixində “ifq” hadisəsi deyilmişdir. Aşağıdakı ayələrdə Həzrət Aişənin günahsız olduğu bunu söyləyənlərin iftiraçı olub cəzalandırılacaqları bildirilmişdir.)
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, (Hz. Aişə haqqında) ifk (böhtan) ilə gələnlər sizdən bir qrupdur. Sizin üçün onun bir şər olduğunu zənn etməyin. Xeyr, o sizin üçün xeyirdir. Onlardan hər birinin günahdan qazandıqları (cəzalar) vardır. Onlardan böhtanın böyüyünü uydurub yayana böyük əzab vardır.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, gəldilər yalanla, özünüzdən olan bir tayfadır. Onu sizin üçün şər hesab etməyin! Bəli, o, xeyirdir sizin üçün. Onlardan küllisi üçün kəsb etdiyindən günah var. O kəs ki, onlardan götürdü özünə bundan böyük bir hissə, onun üçün əzəmətli əzab var.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, o böyük böhtanı (Peyğəmbərin səlləlahu əleyhi alihi səlləm zövcələrindən birinə pis isnad vermək böhtanını araya) gətirənlər siz(in özünüz)dən olan mütəşəkkil yekdil bir dəstədirlər. Onu öz ziyanınıza saymayın, əksinə, o sizin xeyrinizədir. (Çünki o, pakların bəraət qazanmalarına yalançı münafiqlərin rüsvay olmalarına səbəb olur.) Onların hər biri üçün qazandığı günahın cəzası vardır. Onlardan bu böhtanın əsas hissəsini öhdəsinə götürən (onu yaymaqla daha çox məşğul olan daha çox etiraz edən) kəs üçün isə böyük bir əzab vardır.
Kövsər Tağıyev:
O ağır iftiranı uyduranlar aranızdan bir dəstədir. Bu iftiranı özünüz üçün pis bir şey hesab etməyin. Əksinə o sizin üçün bir xeyirdir. Onlardan hər biri üçün işlədikləri günahın cəzası var. Aralarından (başı çəkərək) o günahın böyüyünü öz üstünə götürən kimsə üçün isə ağır bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
(Aişəyə qarşı) böhtanla gələnlər sizlərdən olan bir dəstədir. Bunu özünüz üçün zərərli bir şey hesab etməyin, əksinə bu, (bir sınaq kimi) sizin üçün xeyirlidir. Onlardan hər birinə öz qazandığı günahı düşər, onlardan günahın ən böyüyünü daşıyana isə böyük əzab vardır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, bu ağır böhtanı gətirənlər, sizdən bir dəstədir. -Bunu özünüz üçün bir pislik zənn etməyin; əksinə, o, sizin üçün bir yaxşılıqdır.- Onlardan hər biri üçün günahdan kazandırtıldığı var [hər birinin qazandığı günahın cəzası var]. Onlardan günahın böyüyünü söyləyən kəs üçün çox böyük bir əzab var.