Qəsəs Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Anası )onun bacısına: “Onun dalınca get!”– dedi. O da heç kimə hiss etdirmədən kənardan (Musaya) göz qoyurdu.
Bünyadov-Məmmədəliyev:
O, (Musanın Məryəm, yaxud Gülsüm adlı) bacısına: “Onun dalınca get! (Əhvalatdan xəbər tut!)” dedi. O da (saraya yol tapıb Fironun adamları onun kim olduğunu) hiss etmədən uzaqdan-uzağa (Musanı) gördü.
Elmir Quliyev :
Она сказала его сестре: "Следуй за ним". Она наблюдала за ним издали, и они не замечали этого.
Ələddin Sultanov:
Anası Musanın bacısına: “Onun arxasınca get!” - dedi. O da heç kim hiss etmədən uzaqdan Musanı izlədi.
Kerbelayi Malik ağa:
(Musanın (ə.s) anası) onun bacısına: ‘Onu izlə.’ dedi. Beləcə onlar hiss etmədən onu uzaqdan izləyirdi.
Ələsgər Musayev:
Dedi onun bac?s?na: «Get onun ard?nca!» V? o, baxd? onun ard?nca h?r t?r?f?, onlar suursuzdurlar.
A.Mehdiyev və D.Cəfərli:
O, Musanın bacısına dedi: «Onun dalınca get»; beləliklə bacısı onu (körpənin Fironun adamlarının əlinə düşdüyünü) uzaqdan gördü, onlar isə xəbərsiz idilər (körpəyə kənardan nəzarət edən olduğunu bilmirdilər).
Kövsər Tağıyev:
Anası Musanın bacısına: “Onu təqib et”, dedi. O da Musanı onlar hiss etmədən uzaqdan izlədi.
M.Qənioğlu və T.Bilaloğlu:
Ana Musanın bacısına dedi: "Onun ardınca get!“ O da onlar hiss etmədən kənardan Musanı gözdən qoymadı.
Sabirə Dünyamalıyeva:
- Musanın anası Musanın bacısına, "Onun dalınca get!" dedi. O da dərhal, onlar fərqinə varmadan uzaqdan Musaya göz qoyurdu.