Əlixan Musayev:
Allah iman gətirənləri də, münafiqləri də aşkar edəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, Allah iman gətirənləri də, münafiqləri də çox gözəl tanıyandır!
Elmir Quliyev
:
Аллах непременно узнает тех, кто уверовал, и непременно узнает лицемеров.
Ələddin Sultanov:
Şübhəsiz ki, Allah iman gətirənləri də, münafiqləri də bilir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allah amənu olanları və münafiqləri mütləq bilir.
Ələsgər Musayev:
Allah yaxşı bilir o kəsləri ki, inanırlar və yaxşı bilir o kəsləri ki, münafiqdirlər!
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, Allah iman gətirənləri də tanıyacaqdır, münafiqləri də mütləq tanıyacaqdır. (Onların halı barədə Onun əzəli elmi həqiqətə çevriləcəkdir və halları hamıya məlum olacaqdır).
Kövsər Tağıyev:
Allah iman edənləri də, münafiqləri də şübhəsiz ki, bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah iman gətirənləri də yaxşı tanıyır, münafiqləri [ikiüzlüləri] də.
Sabirə Dünyamalıyeva:
Və Allah, əlbəttə iman etmiş kəsləri bilər/bildirər/işarələyib göstərər, əlbəttə ikiüzlü kəsləri də bilər/bildirər/işarələyib göstərər.