Əlixan Musayev:
Allah məxluqatı əvvəlcə (heçdən) yaradır, (öldürdükdən )sonra onu (yenidən) dirildir. Bundan sonra isə siz Ona qaytarılacaqsınız.
Bünyadov-Məmmədəliyev:
Allah məxluqatı əvvəlcə (yoxdan) yaradır, (öləndən) sonra yenidən dirildir. Sonra da siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız.
Elmir Quliyev
:
Аллах создает творение в первый раз, а затем воссоздает его. А после этого вы будете возвращены к Нему.
Ələddin Sultanov:
Allah (insanı) yoxdan yaradır, ölümündən sonra onu təkrar dirildir. Sonra siz də Ona qaytarılacaqsınız.
Kerbelayi Malik ağa:
Allah ilk olaraq yaratmağa başlayar sonra onu geri çevirər (öncəki halına döndərər). Sonra Ona döndərilirsiniz.
Ələsgər Musayev:
Allah başlayır xəlqə, sonra
qaytarır onu, sonra Ona tərəf müraciət edəcəksiniz!
A.Mehdiyev və D.Cəfərli:
Allah məxluqları əvvəlcə yaradır, onları (öldürdükdən sonra, axirət günündə) yenidən dirildir. O zaman siz Ona (Onun Cənnətinə, ya Cəhənnəminə) tərəf qaytarılacaqsınız.
Kövsər Tağıyev:
Allah yaratmanı başladar, sonra isə onu təkrarlayar. Sonra da yalnız Onun hüzuruna qaytarılarsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah (variıqları) yoxdan yaradır, sonra onları bir də qaytarır [öldürüb dirildir], sonra da siz Ona qaytarılacaqsınız.
Sabirə Dünyamalıyeva:
Allah, əvvəlcə əmələ gətirər, sonra da onu qaytarar. Sonra da Ona qaytarılacaqsınız.