Loğman Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları yaradıblar. Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər.
Bünyadov-Məmmədəliyev:
Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz Mənə (Allahdan) başqalarının yaratdığını göstərin. Xeyr, zalımlar (müşriklər) açıq-aşkar əyri yoldadırlar (haqq yoldan azmışlar).
Elmir Quliyev :
Таково творение Аллаха! Так покажите Мне, что сотворили все остальные. О нет! Беззаконники находятся в очевидном заблуждении.
Ələddin Sultanov:
Bu, Allahın yaratdıqlarıdır. Elə isə, Mənə başqalarının yaratdığını göstərin! Xeyr, zalımlar açıq-aşkar bir zəlalət içindədirlər.
Kerbelayi Malik ağa:
Bu, Allahın yaratdıqlarıdır. Elə isə Ondan başqaları yaratdı, mənə göstərin! Xeyr, zalımlar açıq-aşkar dəlalət içindədirlər.
Ələsgər Musayev:
Bu, xəlq etdiyidir Allahın. Göstərin mənə xəlq edib Ondan başqa olan kəslər. Bəli, zalimlər aşkar zəlalətdədirlər!
A.Mehdiyev və D.Cəfərli:
Bunlar Allahın yaratdıqlarıdır, (siz də) Mənə Allahdan başqalarının (Allahın şəriki hesab etdiklərinizin) yaratdığını göstərin. (Onlar heç bir şey yaratmamışlar), xeyr, bu zalımlar açıq-aşkar azğınlıq içindədirlər.
Kövsər Tağıyev:
Bu, Allahın yaratdıqlarıdır. Siz mənə Allahı buraxıb tapındıqlarınızın yaratdıqlarını göstərin. Xeyr, zalımlar açıq-aşkar bir zəlalət içindədirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar Allahın yaratdıqlarıdır. Bir Mənə göstərin görüm, Ondan başqaları yaradıblar. Doğrusu, haqsızlar açıq-aşkar yol azıblar.
Sabirə Dünyamalıyeva:
Bax bu, Allahın yaratmağıdır. Haydı, göstərin mənə! Onun altındakılardan olan kəslər yaratmışdır? Əslində o şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər, açıq-aşkar bir azğınlıq içindədirlər.