Əlixan Musayev:
De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alacaqdır. Sonra da (qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!”
Elmir Quliyev
:
Скажи: "Ангел смерти, которому вы поручены, умертвит вас, а затем вы будете возвращены к своему Господу".
Ələddin Sultanov:
De: “Sizin üçün təyin edilən ölüm mələyi canınızı alacaq, sonra siz Rəbbinizə qaytarılacaqsınız”.
Kerbelayi Malik ağa:
De ki: ‘Sizə vəkil qılınan ölüm mələyi sizi vəfat etdirəcək. Sonra Rəbbinizə döndəriləcəksiniz.’
Ələsgər Musayev:
De: «Sizə müvəkkil olan ölüm mələyi sizə vəfat bağışlar,
sonra Rəbbinizə tərəf müraciət edərsiniz!»
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) de: «Sizə müvəkkil olan ölüm mələyi sizi(n varlığınızın bütün həqiqətini təşkil edən ruhunuzu) kamil surətdə (bədəninizdən) alar (ayırar), (ruh qalar və bədən isə torpağa çevrilər), sonra (Qiyamətdə, həmin bədənin qəlibində) öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!»
Kövsər Tağıyev:
De ki: “Sizin üçün vəzifələndirilmiş ölüm mələyi canınızı alacaq, sonra Rəbbinizin hüzuruna qaytarılacaqsınız”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Sizə təhkim olunmuş ölüm mələyi canınızı alacaq, sonra isə siz Rəbbinizə qaytarılacaqsınız."
Sabirə Dünyamalıyeva:
De ki: "Sizə ölüm gətirmək vəzifəsi verilmiş qüvvə sizi vəfat[#310] etdirəcək; keçmişdə etdiklərinizi və etməli olduğunuz halda etmədiklərinizi bir-bir yadınıza salacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız."