Fatir Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi hamilə olar, daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.
Bünyadov-Məmmədəliyev:
Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi (kişi qadın olmaqla) cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun (yaxud başqa birinin) ömrünün qısaldılması da ancaq kitabda (lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.
Elmir Quliyev :
Аллах создал вас из земли, затем из капли, а затем сделал вас парами. Самка может зачать или родить только с Его ведома. Даруется долгожителю долгая жизнь или укорачивается его жизнь, все это есть в Писании (хранимой скрижали). Воистину, это для Аллаха легко.
Ələddin Sultanov:
Allah sizi (əvvəlcə) torpaqdan, sonra da nütfədən yaratdı. Sonra sizi (kişi qadın olmaqla) cüt-cüt etdi. Onun xəbəri olmadan heç bir dişi hamilə qalar, balasını dünyaya gətirər. Bir canlıya ömür verilməsi də, ömrünün qısaldılması da məhz kitabda (lövhi-məhfuzda) mövcuddur. Həqiqətən, bu, Allah üçün asandır.
Kerbelayi Malik ağa:
Allah sizi torpaqdan yaratdı. Sonra bir nütfədən. Sonra da sizi cütlər etdi. Onun elmi olmadan bir qadın hamilə qala bilməz doğum edə bilməz. Ömür verilən bir kimsənin ömrü kitabda olanın xaricində uzadılmaz ya onun ömründən əksildilməz. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.
Ələsgər Musayev:
Allah xəlq etdi sizi torpaqdan, sonra nütfədən, sonra etdi sizi zövclərlə. Ancaq Onun elmi ilə hər bir dişidən olan öz hamiləlik yükünü aparır azad olur. Ancaq kitabdadır ömürdən uzadılma ömürdən əskiltmə. Həqiqətən, bu, üzərində Allahın asandır!
A.Mehdiyev və D.Cəfərli:
Allah sizi(n ilk baba nənənizi vasitəsiz olaraq möcüzəli bir tərzdə) torpaqdan yaratdı, sonra (onların nəsli olan sizləri) nütfədən (yaratdı). Allah sizi (Adəmin nəslini əvvəlcə) torpaqdan, sonra nütfədən yaratdı, bu zaman sizi (erkək dişi) cütlər etdi. Heç bir dişi Onun izni olmadan hamilə olmaz bari-həmlini yerə qoymaz. Kitabda (Lövhi-Məhfuzda) yazılmadan heç bir yaşlı kəsə uzun ömür verilməz heç bir kəsin ömründən azaldılmaz. Həqiqətən, bunlar Allah üçün asandır.
Kövsər Tağıyev:
Allah sizi əvvəlcə torpaqdan, sonra da azacıq sudan (mənidən) yaratdı. Sonra sizi (erkəkli-dişili) zövcələr etdi. Allahın elmi xaricində bir dişi hamilə qala bilər, doğa bilər. Ömrü uzadılan, yaxud ömrü qısaldılan elə bir kəs yoxdur ki, bir kitabda (Lövhi-məhfuzda yazılı) olmasın. Şübhəsiz, bu, Allah üçün asandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah sizi torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra isə sizi cüt-cüt [qadın kişi] etmişdir. Onun xəbəri olmadan heç bir dişi hamilə, azad ola bilər. Hər bir canlının ömrünün uzun qısa olması mütləq Kitabda [lövhü-məhfuzda] vardır. Həqiqətən bu, Allah üçün asandır.
Sabirə Dünyamalıyeva:
Allah sizi bir torpaqdan, sonra nütfədən əmələ gətirdi. Sonra sizi cütlər halına saldı. Heç bir dişi O bilmədən hamilə olmaz buraxmaz [doğmaz, yükünü yere qoymaz]. Ömür biçilənlərin bu ömründən yaşadığı ömründən azalanlar mütləq bir kitabda yazılmışdır. Şübhə yox ki, bu, Allah üçün çox asandır.