Şura Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allah) göyləri yeri Yaradandır. O sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir.
Bünyadov-Məmmədəliyev:
Göyləri yeri yoxdan yaradan (Allah) sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr, heyvanlardan da (erkək dişi olmaqla özləri üçün) ciftlər yaratmışdır. O sizi bu minvalla çoxaldır. Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!
Elmir Quliyev :
Творец небес и земли! Он создал для вас супруг из вас самих, а также скот парами. Так Он размножает вас. Нет никого подобного Ему, и Он Слышащий, Видящий.
Ələddin Sultanov:
O, göyləri yeri yoxdan yaradandır. O, sizin üçün özünüzdən zövcələr, heyvanlardan da (erkək dişi olmaqla) ciftlər yaratmışdır. O sizi belə çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, hər şeyi eşidəndir, görəndir.
Kerbelayi Malik ağa:
Göyləri yeri yaradan sizin nəfslərinizdən zövcələr yaratdı heyvanlardan da cütlər yaratdı. Orada sizi artırıb yayar. Onun misli-bərabəri yoxdur. O, ən yaxşı eşidən, ən yaxşı görəndir.
Ələsgər Musayev:
Yaradandır səmaları ərzi. Etdi sizin üçün öz nəfsinizdən zövclər davarlardan zövclər səpdi sizi orada. Yoxdur misli Onun bir şey O Səmidir, Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
(O,) göyləri yeri (ilk olaraq misli görünməmiş şəkildə) yaradandır. Sizin üçün (mələk cinlərdən deyil) öz cinsinizdən zövcələr yaratdı (həmçinin) dördayaqlılardan (da erkək-dişi) cütlər (yaratdı). Sizi bununla (bu evlənmək tədbiri ilə) artırır yayır. Heç Onun kimi deyil eşidən görən Odur!
Kövsər Tağıyev:
O, göyləri yeri yaradandır. Sizə özünüzdən zövcələr, heyvanlardan da cütlər yaratmışdır. Bu şəkildə sizi çoxaldır. Onun bənzəri heç bir şey yoxdur. O, haqqı ilə eşidəndir, haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Göyləri yeri yoxdan var edən (Odur). O, sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər [dişi erkək] yaratdı. O, sizi bu yolla artırır. Onun heç bir bənzəri yoxdur. O, hər şeyi eşidəndir, biləndir.
Sabirə Dünyamalıyeva:
Bax budur, O, göylərin yerin yoxdan yaradanıdır/ parçalayanıdır. O sizin üçün özünüzdən həmtaylar/ zövcələr heyvanlardan cütlər yaratmışdır. O, sizi bu sistemin içərisində törədib, çoxaldır. Onun bənzəri olacaq heç bir şey yoxdur. O, ən yaxşı eşidən, ən yaxşı görəndir.