Əlixan Musayev:
Göydən lazım olduğu qədər su endirildi. Biz onunla ölü bir diyarı diriltdik. Siz də beləcə (dirildilib) çıxarılacaqsınız.
Bünyadov-Məmmədəliyev:
O Allah ki, göydən bir qədər (sizin ehtiyacınızı ödəyə biləcək miqdarda) su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız!
Elmir Quliyev
:
Он ниспослал с неба воду в меру, и ею Мы оживили мертвую землю. Таким же образом вы будете выведены из могил.
Ələddin Sultanov:
O, göydən lazımi qədər su endirdi. Beləcə, onunla ölü bir məmləkəti diriltdik. Siz də (qəbirlərinizdən) belə çıxardılacaqsınız.
Kerbelayi Malik ağa:
Suyu səmadan bir miqdar ilə endirən Odur. Beləcə onunla ölü diyarı diriltdik (quru torpaqdan bitkilər çıxardıq). Siz də beləcə (məzarlarınızdan) çıxarılacaqsınız.
Ələsgər Musayev:
Odur ki, nazil etdi səmadan suyu qədəri ilə və nəşr edərək
qaldırdıq onunla ölmüş ölkəni. Beləcə xaric olacaqsınız!
A.Mehdiyev və D.Cəfərli:
Həmin O (Allah) ki, göydən müəyyən miqdarda (kamil hikmətinin tələbinə əsasən yağış, qar və dolu şəklində) su nazil etdi və onun vasitəsi ilə (bitki və ağaclar bitirməklə) ölü bir ölkəni diriltdik. (Qiyamət günü siz də torpaqdan) beləcə çıxarılacaqsınız.
Kövsər Tağıyev:
O, göydən miqdarınca yağmur endirəndir. Biz onunla ölü ərazini canlandırdıq. Siz də bax belə dirildiləcəksiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
O, göydən qədərincə su endirdi. Onunla ölü bir ölkəyə həyat verdik. Siz də bax beləcə (dirildilib qəbirlərdən) çıxarılacaqsınız.
Sabirə Dünyamalıyeva:
Və O Allah ki, suyu göydən müəyyən bir ölçü ilə endirdi. Sonra Biz onunla ölü bir diyarı canlandırdıq. Siz, bax belə çıxardılacaqsınız.