Əlixan Musayev:
Bu ona görədir ki, Allah möminlərin Himayəçisidir. Kafirlərin isə heç bir himayəçisi yoxdur.
Bünyadov-Məmmədəliyev:
Ona görə ki, Allah iman gətirənlərin dostudur (himayədarıdır). Kafirlərin isə dostu (himayədarı) yoxdur!
Elmir Quliyev
:
Это потому, что Аллах является Покровителем верующих, а у неверующих нет покровителя.
Ələddin Sultanov:
Çünki Allah iman gətirənlərin himayədarıdır. Kafirlərin isə heç bir himayədarı yoxdur.
Kerbelayi Malik ağa:
Bu, Allahın amənu olanların dostu olması səbəbiylədir. Kafirlərin isə gerçək dostu (mövlası) yoxdur.
Ələsgər Musayev:
Bu, ondan
ötrüdür ki, Allah dostudur o kəslərin ki, inandılar və ondan
ötrüdür ki, kafirlər üçün dost yoxdur.
A.Mehdiyev və D.Cəfərli:
Bunun səbəbi Allahın iman gətirənlərin başçısı və yardımçısı olmasıdır. Kafirlərin isə başçı və yardımçıları yoxdur.
Kövsər Tağıyev:
Çünki Allah iman edənlərin yardımçısıdır, inkar edənlərin isə heç bir yardımçısı yoxdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, ona görədir ki, Allah iman gətirənlərə himayəçidir. Kafirlərin isə heç bir himayəçisi yoxdur.
Sabirə Dünyamalıyeva:
Möminlərin bəxtiyar olması, kafirlərin [isə] pərişan olması bu səbəbdəndir ki, şübhəsiz, Allah iman edən kəslərin köməkçi, yol göstərən, himayəçi yaxınıdır, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən/inanmayan kəslər] üçün isə heç bir köməkçi, yol göstərən, himayəçi yaxın yoxdur.