Əlixan Musayev:
Qullara ruzi olsun deyə (belə etdik)! Biz onunla ölü bir məmləkəti diriltdik. (Dirilib qəbirdən) çıxmaq da belədir.
Bünyadov-Məmmədəliyev:
Bəndələrə ruzi olsun deyə! Biz onunla (o su ilə) ölü bir məmləkəti cana gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da belədir!
Elmir Quliyev
:
Таково пропитание для рабов. Мы оживили ею мертвую землю. Таким же будет выход из могил!
Ələddin Sultanov:
Bəndələrə ruzi olsun deyə! Biz o su ilə ölü bir məmləkətə can verdik. (Qəbirdən dirilib) çıxış da belə olacaqdır.
Kerbelayi Malik ağa:
Qullar üçün ruzi olsun deyə. Onunla ölü diyara həyat verdik. (Ölümdən sonra torpaqdan) çıxış (diriliş) bunun kimidir.
Ələsgər Musayev:
ruzilər bəndələrimiz üçün və diriltdik onunla ölmüş
ölkəni. Belədir xaric olunma!
A.Mehdiyev və D.Cəfərli:
Bəndələrin ruzisi olsun deyə! Həmçinin su vasitəsi ilə (bitkiləri bitirib) ölmüş torpağı diriltdik. Çıxmaq (qiyamət günü ölülərin qəbirlərdən baş qaldırmaları da) belədir (bitki və dənlərin yetişməsi kimidir).
Kövsər Tağıyev:
və beləliklə, onunla ölü bir torpağa həyat verdik. (Dirilib qəbirlərdən) çıxış da bax belədir.
M.Qənioğlu və T.Bilaloğlu:
bəndələr üçün ruzi olsun. Onunla [su ilə] cansız ölkəyə [torpağa] həyat verdik. (İnsanların qəbirlərdən dirildilib) çıxması da bax belədir!
Sabirə Dünyamalıyeva:
Onunla bağlar və biçilən dənlər, bəndələrə ruzi olsun deyə tumurcuqları bir-birinin üstünə düzülmüş böyük və hündür xurma ağacları bitirdik. Və Biz, onunla ölü bir məmləkəti diriltdik. Diriliş bax belədir.