Ənam Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Yer üzündə gəzib dolaşın görün (haqqı )yalan sayanların aqibəti necə oldu”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Yer üzünü dolaşın sonra görün ki, (peyğəmbərlərə) yalançı deyənlərin aqibəti necə oldu?”
Elmir Quliyev :
Скажи: "Постранствуйте по земле и посмотрите, каким был конец тех, которые сочли ложью истину".
Ələddin Sultanov:
De: “Yer üzündə gəzib dolaşın, sonra (peyğəmbərləri) təkzib edənlərin aqibətinin necə olduğuna baxın!”
Kerbelayi Malik ağa:
De ki: ‘Yer üzündə gəzib dolaşın. Sonra baxın, yalanlayanların aqibəti necə oldu.’
Ələsgər Musayev:
De: «Seyr edin ərzdə, sonra nəzər salın necə oldu aqibəti yalan sayanların!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Yer (üzün)də gəzib-dolanın, sonra təkzib edənlərin aqibətinin necə olmasına nəzər salın!».
Kövsər Tağıyev:
De ki: “Yer üzündə gəzib dolaşın ki, (peyğəmbərləri) yalançı sayanların sonu necə olmuşdur, bir görün”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Yer üzərində gəzib-dolaşın görün ki, yalan hesab edənlərin aqibəti necə oldu!"
Sabirə Dünyamalıyeva:
De ki: "Yer üzünü dolaşın sonra da yalan sayanların aqibəti necə oldu, bir baxın!"