Cümə Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar ticarət ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər. De: “Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”.
Bünyadov-Məmmədəliyev:
Onlar (möminlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: “Allah dərgahında olan savab əyləncədən də, ticarətdən xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!” (Bir dəfə Muhəmməd əleyhissəlam minbərdə cümə namazı xütbəsi oxuduğu zaman Şamdan ərzaqla yüklənmiş bir karvanın gəldiyini xəbər verən təbil səsləri eşidilmişdi. O vaxt Mədinə əhalisi qıtlıqdan möhkəm əziyyət çəkirdi. Bunu eşidən camaat Peyğəmbəri tərk edərək karvanın qabağına qaçmışdı. Məsciddə cəmi on iki adam qalmışdı. O zaman bu ayə nazil olub cümə xütbəsi namazı bitməmiş məsciddən çıxıb getməyin məqbul hərəkət olmadığına işarə edilmişdir).
Elmir Quliyev :
Когда же они увидели торговлю или забаву, они разошлись, бросившись к ней, и оставили тебя стоять во время пятничной проповеди. Скажи: "То, что у Аллаха, лучше забавы и торговли, и Аллах Наилучший из дарующих удел".
Ələddin Sultanov:
Onlar bir alış-veriş, yaxud əyləncə gördükləri zaman ona tərəf qaçar səni ayaq üstə qoyub gedərlər. De: “Allah dərgahındakılar əyləncədən alış-verişdən daha yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır!” (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, Mədinədə qıtlıq yaşanan bir dövrdə Həzrət Peyğəmbər cümə xütbəsi verərkən oranın yaxınlığından ərzaq yüklü bir karvan keçirdi. Karvanın gəldiyini xəbər vermək məqsədilə çalınan dəf səsi eşidiləndə hamı karvana tərəf qaçmağa başladı. Yalnız on iki nəfər müsəlman xütbəyə qulaq asmağa davam etdi. Yuxarıdakı ayə bu hadisəyə görə nazil olmuşdur.)
Kerbelayi Malik ağa:
Ticarət ya əyləncəni gördükləri zaman ona yönəlib dağıldılar səni ayaq üstə buraxıb getdilər. De ki: ‘Allahın dərgahında olan şeylər əyləncə ticarətdən daha xeyirlidir Allah ruzi verənlərin ən xeyirlisidir.’
Ələsgər Musayev:
Onda ki, gördülər ticarət, ya əyləncə, tələsirlər tərəfinə onun tərk edirlər səni ayaq üstə. De: «Nə ki, Allah yanındadır, xeyirlidir əyləncədən ticarətdən!» Allah ruzi verənlərin xeyirlisidir!
A.Mehdiyev və D.Cəfərli:
(Lakin cümə namazına əhəmiyyət vermirlər) bir ticarət, ya əyləncə gördükdə, səni ayaq üstə (xütbə, ya namaz halında) buraxıb onun tərəfinə axışarlar. De: «Allahın dərgahında olan şey əyləncədən (malların şəhərə daxil olması zamanı çalınan musiqi təbil səsindən) ticarətdən daha xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!»
Kövsər Tağıyev:
(Belə olan halda) onlar bir ticarət ya oyun-əyləncə gördükləri zaman dərhal dağılıb ona tələsdilər səni ayaq üstə buraxdılar. De ki: “Allahın yanında olan əyləncə ticarətdən daha xeyirlidir. Allah ruzi verənlərin ən xeyirlisidir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar isə bir ticarət ya əyləncə görüncə səni (xütbə oxuyarkən) ayaq üstə qoyub oraya tələsdilər. De: "Allahın dərgahındakı (mükafat) əyləncədən də, ticarətdən yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır!"
Sabirə Dünyamalıyeva:
onlar, bir ticarət əyləncə gördükləri zaman ona getdilər səni ayaq üstə qoydular. De ki: "Allahın yanında olan şeylər, əyləncədən ticarətdən xeyirlidir. Allah, ruzi verənlərin ən yaxşısıdır."