Əraf Surəsi 11. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa (hamısı) səcdə etdi. O, səcdə edənlərdən olmadı.
Bünyadov-Məmmədəliyev:
Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik mələklərə: “Adəmə səcdə edin!” dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı.
Elmir Quliyev :
Мы сотворили вас, потом придали вам облик. Потом Мы сказали ангелам: "Падите ниц перед Адамом!" Они пали ниц, и только Иблис не был в числе поклонившихся.
Ələddin Sultanov:
And olsun ki, sizi yaratdıq sonra sizə (ən gözəl) surət verdik. Sonra mələklərə: “Adəmə səcdə edin!” - dedik. İblisdən başqa (hamısı) dərhal səcdə etdi. O, səcdə edənlərdən olmadı.
Kerbelayi Malik ağa:
And olsun ki, sizi Biz yaratdıq. Sonra sizə surət (şəkil) verdik. Sonra mələklərə: ‘Adəmə (ə.s) səcdə edin.’ dedik. İblis xaric, səcdə etdilər. O, səcdə edənlərdən olmadı.
Ələsgər Musayev:
Əlbəttə, Biz sizi xəlq etdik, sonra sizə surət verdik, sonra dedik mələklər üçün: «Adam üçün səcdə edin!» Iblisdən başqa hamısı səcdə etdi. O səcdə edənlərdən olmadı.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Biz sizi(n ulu babanız Adəmi əvvəlcə xəmir mayası kimi yer üzündəki torpaqlardan) yaratdıq, sonra həmin maddəni siz insanların şəklində surətlərə ayırdıq, sonra (ona ruh üfürəndən sonra) mələklərə dedik: «Adəmə səcdə edin.» Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdilər, o isə səcdə edənlərdən olmadı.
Kövsər Tağıyev:
And olsun, sizi yaratdıq. Sonra sizə surət verdik. Sonra da mələklərə: “Adəm üçün ehtiramla əyilin”, dedik. İblisdən başqa hamısı ehtiramla əyildilər. O, ehtiramla əyilənlərdən olmadı.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz sizi xəlq etdik, sonra sizi bir şəklə saldıq, sonra isə mələklərə dedik: "Adəmə səcdə edin!" Onlar da səcdə etdilər, İblisdən başqa. O, səcdə edənlərdən olmadı.
Sabirə Dünyamalıyeva:
heş şübhəsiz, Biz, sizi əmələ gətirdik, sonra sizə surət verdik, sonra da kainatdakı güclərə,[#95] "Adəmə/bilgi, vəhy almış insana[#96] boyun əyib təslim olun" dedik; İblis/düşüncə qabiliyyəti xaric olmaqla, onlar dərhal boyun əyərək təslim oldular; o, boyun əyib təslim olanlardan olmadı.