Əlixan Musayev:
Əlbəttə, aramızda xeyirxah əməl sahibləri də, onlar kimi olmayanlar da var. Biz ayrı-ayrı yollar tutmuşuq.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə (məzhəblərə) ayrılmışıq.
Elmir Quliyev
:
Среди нас есть праведные и те, которые ниже этого. Мы были разрозненными группами.
Ələddin Sultanov:
Bizim aramızda yaxşılar da var, başqa cür olanlar da. Biz müxtəlif yollar tutmuşuq.
Kerbelayi Malik ağa:
Həqiqətən bizim bir qismimiz salehlər və bir qismimiz bunun xaricindədir (saleh deyillər). Biz ayrı-ayrı yollar tutan dəstələr olduq.
Ələsgər Musayev:
Bizim aramızda salehlər vardır və bizim aramızda var o kəslər
ki, bundan da aşağı. Biz müxtəlif təriqətlərdə olduq.
A.Mehdiyev və D.Cəfərli:
«(Qur’ana qulaq asmazdan öncə) bizdən bir dəstə əməlisaleh idi, bir dəstə isə əməlisaleh deyildi. Biz müxtəlif firqələr halında idik».
Kövsər Tağıyev:
“Doğrusu, aramızda saleh olanlar da var, olmayanlar da. Ayrı-ayrı yollar tutmuşuq”.
M.Qənioğlu və T.Bilaloğlu:
Şübhəsiz ki, bizim içərimizdə əməlis alehlər də vardır, içərimizdə belə olmayanla da vardır. Çünki biz ayrı-ayrı yol sahiblər olmuşuq. Biz o qənaətə gəldik ki, yer üzündə Allahı heç vaxt aciz sala bilmərik, qaçmaqla da Onu aciz edə bilmərik.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz bizlər; bizlərdən bir qismi salehlərdəndir, bizdən bəziləri də bunun aşağısındandır. Biz, növbənöv yollarda idik.