Əlixan Musayev:
Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir.
Bünyadov-Məmmədəliyev:
İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!
Elmir Quliyev
:
Тем же, которые уверовали и совершали праведные деяния, уготованы Райские сады, в которых текут реки. Это — великое преуспеяние!
Ələddin Sultanov:
İman gətirib yaxşı əməllər edənlər üçün isə (ağacları) altından çaylar axan cənnətlər vardır. Böyük uğur budur!
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, amənu olanlar və əməli salihat (nəfsi islahedici əməl) işləyənlər üçün altından çaylar axan cənnətlər vardır və bu böyük fevzdir (qurtuluş və şərəfli bir ikramdır).
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, inanırlar və əməli
salehdirlər, onlar üçün bağlar – cari olur altından onun nəhrlər.
Bu, böyük müvəffəqiyyətdir!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, iman gətirib saleh əməllər edənlər üçün (evlərinin və ağaclarının) altında çaylar axan Cənnətlər vardır! Budur böyük qurtuluş!
Kövsər Tağıyev:
İman edib saleh əməllər işləyənlərə gəlincə, onlar üçün içindən çaylar axan cənnətlər var. Bax bu, böyük uğurdur!
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirib əməlisaleh olanlar üçün isə dibindən çaylar axan cənnət bağları vardır. Bax, böyük uğur budur!
Sabirə Dünyamalıyeva:
yanğın əzabı da onlar üçündür. Həqiqətən inanan və sahmana salmaq məqsədi ilə işlər görən kəslər üçün altından çaylar axan cənnətlər var. Budur böyük qurtuluş.