Əlixan Musayev:
Sınağa çəkildikdən sonra hicrət edənləri, daha sonra cihad edib (çətinliklərə) dözənləri, bunlardan sonra əlbəttə, Rəbbin Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Fitnəyə məruz qaldıqdan sonra hicrət edənləri, daha sonra cihad edib (bu yolda hər cür əzab-əziyyətə) səbr edənləri isə (bütün) bunlardan sonra Rəbbin, şübhəsiz ki, bağışlayandır, (onlara) rəhm edəndir!
Elmir Quliyev
:
Воистину, твой Господь после всего этого прощает и милует тех, которые переселились после того, как были подвергнуты искушению, а затем сражались и проявляли терпение.
Ələddin Sultanov:
Əziyyətə məruz qaldıqdan sonra hicrət edib, sonra da səbir edərək cihad edənləri – bunlardan sonra Rəbbin şübhəsiz ki, bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Daha sonra da şübhəsiz ki, sənin Rəbbin işgəncəyə uğradıldıqdan sonra hicrət edənlərə, sonra da cihad edib səbir edənlərə bunlardan sonra şübhəsiz Ğafurdur və Rəhimdir.
Ələsgər Musayev:
Sonra, həqiqətən, Rəbbin o kəslərə ki, sınağa
məruz qaldıqdan sonra hicrət etdilər, sonra çalışdılar və səbrli
oldular, həqiqətən, Rəbbin bundan sonra Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Bununla belə şübhəsiz, sənin Rəbbin (kafirlərdən) işkəncə gördükdən sonra hicrət edən, sonra cihad edən və səbirli olan kəsləri, sənin Rəbbin həqiqətən bunlardan (həmin müsibətlərdən) sonra (onları) çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Sonra şübhəsiz ki, Rəbbin əziyyətə məruz qaldıqdan sonra hicrət edən, sonra Allah yolunda cihad edib səbir edənlərin yanındadır. Şübhəsiz, Rəbbin bundan sonra da çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra. Sənin Rəbbin əziyyətə qatlaşdıqdan sonra hicrət edənlər, sonra isə vuruşanlar və səbr edənlər üçün bundan sonra bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Sonra həqiqətən, sənin Rəbbin, özünə əziyyət edildikdən sonra hicrət edən, sonra səy göstərən və səbr edən kəslər üçündür. Şübhəsiz ki, sənin Rəbbin bundan sonra həqiqətən çox bağışlayandır, çox mərhəmətlidir.