Bəqərə Surəsi 110. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün xeyir hazırlasanız onun (əvəzini) Allahın yanında tapacaqsanız. Şübhəsiz ki, Allah etdiklərinizi görür.
Bünyadov-Məmmədəliyev:
Namaz qılın, zəkat verin! Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz xeyri (yaxşı əməllərin əvəzini) Allah yanında taparsınız. Həqiqətən, Allah etdiklərinizi görəndir!
Elmir Quliyev :
Совершайте намаз и выплачивайте закят. Все то доброе, что вы предварите для себя, вы найдете у Аллаха. Воистину, Аллах видит то, что вы совершаете.
Ələddin Sultanov:
Namazı qılın, zəkatı verin! Özünüz üçün öncədən hazırlayıb göndərdiyiniz hər bir yaxşı əməli (yaxşı əməlin mükafatını) Allah yanında tapacaqsınız. Həqiqətən, Allah etdiklərinizi görəndir.
Kerbelayi Malik ağa:
Namazı qılın zəkatı verin. Nəfsləriniz üçün xeyir olaraq təqdim etdinizsə, onu Allahın dərgahında taparsınız. Şübhəsiz ki, Allah əməllərinizi ən yaxşı görəndir.
Ələsgər Musayev:
Qiyam edin islahata əta edin zəkatı! ki, qədəm atasınız öz nəfsiniz üçün xeyirdən, tapacaqsınız onu yanında Allahın. Həqiqətən, Allah ilə əməl edirsiniz, Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Namaz qılın zəkat verin. Özünüz üçün qabağa yaxşı əməl göndərsəniz onu(n hamısını) Allahın yanında tapacaqsınız. Həqiqətən, Allah etdiyiniz (bütün) əməlləri görəndir.
Kövsər Tağıyev:
Namazı düzgün qılın, zəkatı verin. Özünüz üçün xeyir görmüsünüzsə, Allah qatında onu taparsınız. Şübhəsiz ki, Allah bütün etdiklərinizi görür.
M.Qənioğlu və T.Bilaloğlu:
Namaz qılın, zəkat verin ! Özünüz hansı xeyir əməl tutsanız, onu Allahın dərgahında taparsınız. Həqiqətən Allah etdiklərinizi görür.
Sabirə Dünyamalıyeva:
siz səlatı yerinə yetirin [maddi zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını yaradın-qoruyun] zəkatı/vergini verin! Özünüz üçün qabaqcadan hər yaxşılıq etsəniz, Allah dərgahında onu taparsınız. Şübhəsiz ki, Allah, etdiklərinizi ən yaxşı görəndir.