Ənam Surəsi 110. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz onların ürəklərini gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirər onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edərik.
Bünyadov-Məmmədəliyev:
Biz onların ürəklərini gözlərini əvvəlcə ona (Qurana ya göndərdiyimiz hər hansı ayəyə) iman gətirmədikləri kimi tərsinə çevirər onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyarıq.
Elmir Quliyev :
Мы отворачиваем их сердца и умы, поскольку они не уверовали в него в первый раз, и оставляем их скитаться вслепую в собственном беззаконии.
Ələddin Sultanov:
(Möcüzə gəlsə belə) daha əvvəl ona iman gətirmədikləri kimi, yenə onların qəlblərini gözlərini tərsinə çevirərik onları, öz azğınlıqları içində çaşqın bir vəziyyətdə qoyarıq.
Kerbelayi Malik ağa:
Onların fuad xassələrini (qəlbin idrak xassələrini) bəsirətlərini (qəlb gözünün görmə xassələrini) əvvəlcə Ona inanmadıqları (mömin olmadıqları) ilk zamanki hallarına çevirərək. Onları azğınlıqları içində şaşqın buraxarıq.
Ələsgər Musayev:
Biz döndərərik onların könüllərini gözlərini, qədər, əvvəl dəfə inanmadılar onun ilə tərk edərik onları öz tuğyanlarında kor halda.
A.Mehdiyev və D.Cəfərli:
Onların qəlb gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi (əvvəllər olmuş itaətsizliklərinin cəzası olaraq onu qəbul etməkdən) döndərər onları öz azğınlıq itaətsizliklərində boşlayarıq ki, sərgərdan qalsınlar.
Kövsər Tağıyev:
Biz onların qəlblərini gözlərini tərsinə çevirərik, ilk dəfə ona iman etmədikləri kimi (möcüzə gəldikdən sonra da inanmazlar) yenə onları azğınlıqları içində buraxarıq, çırpına-çırpına qalarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
İlk dəfə ona inanmadıqları vaxtda olduğu kimi Biz onların ürəklərini gözlərini tərsinə çevirər onları öz haqsızlıqları içərisində kor-koranə dolaşan vəziyyətdə tərk edərik.
Sabirə Dünyamalıyeva:
Biz onların ürəklərini gözlərini, əvvəlki iman etmədikləri vəziyyətdəki kimi tərsinə çevirərik. Biz onları azğınlıqları içərisində kor çaşmış olaraq qoyarıq.