Tövbə Surəsi 110. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların ürəkləri parça-parça olana qədər tikdiyi bina qəlblərində bir şübhə olaraq qalacaqdır. Allah Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Onların qurduğu bina (məscid) ürəkləri parça-parça olana (ölənə) qədər qəlblərində bir şübhə (nigarançılıq nifaq mənbəyi) olaraq qalacaqdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev :
Строение, которое они построили, всегда будет порождать сомнения в их сердцах, пока их сердца не разорвутся. Аллах Знающий, Мудрый.
Ələddin Sultanov:
Onların tikdiyi bina (öldükləri zaman) qəlbləri parçalanana qədər ürəklərində bir şübhə olaraq qalacaqdır. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Onların tikdikləri bina qəlblərində qəlbləri parça-parça olana qədər bir nifaq şübhə olaraq davam edəcək. Allah Alimdir, Hakimdir.
Ələsgər Musayev:
Kəsməz, binaları onların odur ki, bina ediblər, şübhəni qəlblərində onların, ancaq ki, qətt ola qəlbləri onların Allah Alimdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
(Küfr nifaq üzündən) tikdikləri o bina (hətta dağılsa belə) həmişə (onlar ölməyincə və) ürəkləri parça-parça olmayınca onların qəlblərində bir şəkk tərəddüd nifaqın artması amilidir. Allah bilən hikmət sahibidir.
Kövsər Tağıyev:
Qurduqları binaları ürəkləri parça-parça olana (ölənə) qədər ürəklərində daimi bir şübhə olaraq qalacaq. Allah haqqı ilə biləndir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların tikdikləri bina [məscid] ürəkləri parça-parça olana qədər ürəklərində bir şübhə [qorxu narahatlıq] olaraq qalacaqdır. Allah hər şeyi biləndir hikmət sahibidir!
Sabirə Dünyamalıyeva:
Onların qəlbləri parça-parça olmadıqca, o qurduqları təməllər qəlblərində bir şübhə olaraq qalacaq, itib getməyəcək. Allah, ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır.