İsra Surəsi 111. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü (Özünə kömək edəcək) heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” Onu tərifləyərək Uca tut.
Bünyadov-Məmmədəliyev:
de: “Özünə heç bir övlad götürməyən, mülkündə (səltənətində) heç bir şəriki olmayan, zəif (aciz) olmadığı üçün (Ona kömək edəcək) heç bir dosta (hamiyə də) ehtiyacı olmayan Allaha həmd olsun!” Allahı (layiqincə) uca tut! (Allahı bütün eyib nöqsanlardan uzaq bilib təqdis et, şəninə təriflər de!)
Elmir Quliyev :
Скажи: "Хвала Аллаху, Который не взял Себе сына, Который ни с кем не делит власть, Которому не нужен защитник от унижения". И возвеличивай Его величаво!
Ələddin Sultanov:
De: “Özünə heç bir övlad götürməyən, hakimiyyətində şəriki olmayan acizlik səbəbilə bir dosta ehtiyacı olmayan Allaha həmd olsun!” təkbir gətirərək Onun şanını uca tut!
Kerbelayi Malik ağa:
De ki: ‘Həmd Özünə heç bir övlad götürməyən Allaha məxsusdur Onun mülkdə şəriki olmamışdır. (O, zillətə düşməz) Onun Özünü zillətdən qurtaracaq bir dosta ehtiyacı yoxdur.’ Onu təkbir ilə ucalt (böyüklüyünü ifadə et).
Ələsgər Musayev:
De: «Həmd Allah üçündür Odur ki, Özünə övlad götürmədi olmadı Onun üçün şərik mülkündə olmadı Onun üçün dost zəlalətdən!» ulu tut Onu ululuqla!
A.Mehdiyev və D.Cəfərli:
de: «Bütün həmdlər övlad götürməmiş ( V çünki, övladın dünyaya gəlməsinin müqəddiməsi dünyaya gəlməsindən sonra olan xeyirləri Onun barəsində qeyri-mümkündür), (varlıq aləminə) hakimiyyət (ona) həqiqi sahiblikdə heç bir şəriki olmayan (qorxu, ehtiyac və) zillət üzündən bir köməkçi, başçı dostu olmayan Allaha məxsusdur. (bütün namazlarda hər bir halda) təkbir de, Onun böyüklüyünə tam etiqad bəslə cəmiyyətdə imkanın qədər Onu böyük tut.
Kövsər Tağıyev:
“Həmd övlad sahibi olmayan, mülkdə ortağı olmayan, zillət acizlik (dən uzaq olduğu üçün bu) barədə (ona kömək edəcək) bir dosta da möhtac olmayan Allaha məxsusdur”, de Onu təkbir ilə uca tut.
M.Qənioğlu və T.Bilaloğlu:
de: "Özünə heç bir övlad götürməyən, səltənətdə heç bir şəriki olmayan (Onu) zəif düşməkdən qoruyacaq bir müdafiəçiyə ehtiyacı olmayan Allaha həmd olsun!" "Allah böyükdür!" - deyə-deyə Onu (həmişə) uca tut!
Sabirə Dünyamalıyeva:
de ki: "Bütün təriflər, heç bir övlad götürməyən, sahiblik rəhbərlikdə hər hansı bir ortağı olmayan, zəiflik səbəbindən köməkçisi [köməkçiyə ehtiyacı] olmayan Allaha məxsusdur; başqasını tərifləmək olmaz." Allahı ucaltdıqca ucalt!