Ənbiya Surəsi 112. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Peyğəmbər) dedi: “Ey Rəbbim! (Mənimlə kafirlər arasında) ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq ər-Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”.
Bünyadov-Məmmədəliyev:
(Peyğəmbər) dedi: “Ey Rəbbim! (Mənimlə məni təkzib edən Məkkə müşrikləri arasında) ədalətlə hökm et. Sizin mənə aid etdiyiniz sifətlərə (dediyiniz pis sözlərə) qarşı kömək dilənilməsi kimsə yalnız Rəhman olan Rəbbimizdir!”
Elmir Quliyev :
Пророк сказал: "Господи! Рассуди по справедливости. У нашего Милостивого Господа надо просить помощи против того, что вы приписываете".
Ələddin Sultanov:
(Peyğəmbər) dedi: “Ey Rəbbim, (mənimlə onlar arasında) haqq ilə hökm ver! Sizin söylədiklərinizə qarşı yalnız Rəhman olan Rəbbimizdən kömək istənilər!”
Kerbelayi Malik ağa:
Dedi ki: ‘Rəbbim, haqq ilə hökm ver. Bizim Rəbbimiz sizin Ona aid etdiyiniz sifətlərə baxmayaraq yardım istənilən Rəhmandır.’
Ələsgər Musayev:
Dedi: «Rəbbim, hökm et haqq ilə! Rəbbimiz Rəhmandır. Onda axtarmaq lazımdır köməyi vəsf etdiklərinizin əleyhinə!»
A.Mehdiyev və D.Cəfərli:
(Peyğəmbər) dedi: «Ey Rəbbim, (mənimlə bu müşriklərin arasında) haqq əsasında hökm çıxar. (ey müşriklər,) bizim mehriban Rəbbimiz sizin (qalib gələcəyiniz müsəlmanların məğlub olacaqları barəsində) dedikləriniz müqabilində (mənim üçün) mədəd yeridir.»
Kövsər Tağıyev:
(Peyğəmbər:) “Ey Rəbbim! Haqq ilə hökm ver. Bizim Rəbbimiz sizin yaraşdırdığınız vəsflərə qarşı yardım istəniləcək olan Rəhmandır”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O [Məhəmməd] dedi: “Rəbbim, haqq ilə hökm ver! Sizin (Allaha mənə) aid etdiyiniz sifətlərə qarşı kömək diləniləsi mərhəmətli olan Rəbbimizdir".
Sabirə Dünyamalıyeva:
De ki: "Ey Rəbbim! Aramızda haqqa uyğun hökm et" "Bizim Rəbbimiz, o yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahdır, sizin dedikləriniz müqabilində kömək istənən Odur."