Möminun Surəsi 112. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaq.
Bünyadov-Məmmədəliyev:
(Allah qiyamət günü kafirlərə) belə buyuracaqdır: “Yer üzündə neçə il qaldınız?”
Elmir Quliyev :
Аллах скажет: "Сколько лет вы пробыли на земле?"
Ələddin Sultanov:
Allah (kafirlərə) belə deyəcək: “Yer üzündə neçə il qaldınız?”
Kerbelayi Malik ağa:
Dedi ki: ‘Yer üzündə neçə il qaldınız?’
Ələsgər Musayev:
Dedi: «Nə qədər illər sayı ərzdə qaldınız?»
A.Mehdiyev və D.Cəfərli:
(Allah ya bir mələk kafirlərə) deyər: «Yer üzündə neçə il qaldınız? (Dünya həyatında ya Bərzəx aləmində neçə il qalmısınız?)
Kövsər Tağıyev:
Allah (inkarçılara): “Yer üzündə neçə il qaldınız?” deyə sual edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah (kafirlərə) deyəcək: “İl hesabı ilə yer üzündə qədər qaldınız?"
Sabirə Dünyamalıyeva:
Allah: "Yer üzündə neçə il qaldınız?" dedi.