Əlixan Musayev:
Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan (yaxud cihad edən), rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməllərə qadağan edən və Allahın hüdudlarını qoruyan o möminləri müjdələ.
Bünyadov-Məmmədəliyev:
(Onlar Allaha) tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar (və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə möminləri (Cənnətlə) müjdələ!
Elmir Quliyev
:
Обрадуй верующих, которые каются и поклоняются, восхваляют и постятся (или путешествуют), кланяются и падают ниц, повелевают совершать одобряемое и запрещают предосудительное, и соблюдают ограничения Аллаха.
Ələddin Sultanov:
Onlar tövbə edən, ibadət edən, şükür edən, səyahət edən, rüku və səcdə edən, yaxşı işləri əmr edib pis işləri qadağan edən və Allahın (halal-haram) hüdudlarını qoruyanlardır. Belə möminləri müjdələ!
Kerbelayi Malik ağa:
Tövbə edənləri, (Allaha) qul olanları, həmd edənləri, oruc tutanları və ya səfər edənləri (Allah yolunda hicrət edənləri, döyüşmək və ya Allahın adını ucaltmaq, dinini qüvvətləndirmək, Allah yolunda xidmət və elm, təhsil almaq üçün yurdlarından çıxanları, yer üzündə ibrətlə gəzib təfəkkür edənləri), rüku və səcdə edənləri, maariflə əmr edənləri, münkəri (çirkin əməlləri) qadağan edənləri, Allahın hüdudlarını mühafizə edənləri və möminləri müjdələ!
Ələsgər Musayev:
Qayıdandırlar, ibadət edəndirlər, həmd edəndirlər,
səyahət edəndirlər, rüku edəndirlər, səcdə edəndirlər, əmr
edəndirlər mərifətlə və pis işlərdən çəkindirəndirlər və hifz
edəndirlər Allahın hüdudunu. Bəşarət ver inananlara!
A.Mehdiyev və D.Cəfərli:
(Bu möminlər) həmin tövbə edənlər, ibadət edənlər, həmdü-səna deyənlər, oruc tutanlar, (cihad və din elmi kəsb etmək üçün) səfər edənlər, rüku edənlər, səcdə edənlər, yaxşı işlərə dəvət edənlər, pis əməllərdən çəkindirənlər və Allahın (dininin əsas və qollarının) sərhədlərini qoruyanlardır. Bu möminlərə müjdə ver.
Kövsər Tağıyev:
Bunlar tövbə edənlər, ibadət edənlər, həmd edənlər, oruc tutanlar, rüku və səcdə edənlər, yaxşılığı əmr edib pislikdən çəkindirənlər və Allahın qoyduğu hədləri haqqı ilə qoruyanlardır. Möminləri müjdələ.
M.Qənioğlu və T.Bilaloğlu:
Tövbə edənlər, ibadət edənlər, şükr edənlər, oruc tutanlar, rüku və səcdə edənlər, xeyir işlər buyuranlar, xoşagəlməz işlərdən çəkindirənlər Allahın qoyduğu hüdudlara [hökmlərə] riayət edənlər - belə möminləri müjdələ!
Sabirə Dünyamalıyeva:
Bu, Allahın Tövrat, İncil və Qurandakı gerçək vədidir və vədinə Allahdan daha vəfalı olan kim var? Elə isə, etdiyiniz alış-verişə sevinin. Və məhz bu, böyük qurtuluşdur. Allahın hədlərini qoruyan inananlardan, [onların] canlarını və mallarını cənnəti onlara verməyin əvəzində satın almışdır: Onlar, Allah yolunda vuruşarlar; sonra öldürər və öldürülərlər.