Bəqərə Surəsi 113. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yəhudilər: “Xaçpərəstlər heç bir şeyə əsaslanmırlar!”– deyir, xaçpərəstlər isə: “Yəhudilər heç bir şeyə əsaslanmırlar!”– deyirlər. Halbuki onlar Kitab oxuyandırlar. Cahillər onların danışdığı kimi danışırlar. Allah ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Yəhudilər dedilər: “Xaçpərəstlər (dində düzgün mötəbər) bir şeyə istinad etmirlər”. Xaçpərəstlər də: “Yəhudilər (dində düzgün mötəbər) bir şeyə istinad etmirlər “, -söylədilər. Halbuki onların hər ikisi kitab (Tövrat İncil) oxuyur. (Kitab əhli olmayan yazıb-oxumaq) bilməyənlər onlar kimi danışdılar. Allah onların aralarındakı bu ixtilafın hökmünü qiyamət günü verəcəkdir!
Elmir Quliyev :
Иудеи сказали: "Христиане не следуют прямым путем". А христиане сказали: "Иудеи не следуют прямым путем". Все они читают Писание, но слова невежественных людей похожи на их слова. В День воскресения Аллах рассудит их в том, в чем они расходились во мнениях.
Ələddin Sultanov:
Yəhudilər: “Xaçpərəstlərin heç bir əsasları yoxdur (doğru yolda deyillər)”, - dedilər. Xaçpərəstlər də: “Yəhudilərin heç bir əsasları yoxdur (doğru yolda deyillər)”, - dedilər. Halbuki onlar kitabı (Tövrat İncili) oxuyurlar. Elmi olmayanlar da onların danışdığı kimi danışdılar. Allah qiyamət günü ixtilafa düşdükləri məsələlər barəsində onların arasında hökm verəcəkdir.
Kerbelayi Malik ağa:
Yəhudilər dedi ki: ‘Xristianlar bir şey (haqq bir din) üzərində deyil.’ Xristianlar dedi ki: ‘Yəhudilər bir şey (haqq bir din) üzərində deyil.’ Halbuki onlar (hər iki tərəf də) Kitabı tilavət edirlər (oxuyurlar). Bunun kimi bilməyənlər də, onların sözləri kimi sözlər söylədilər. Artıq Allah ixtilaf etdikləri şey haqqında qiyamət günü hökm verəcək.
Ələsgər Musayev:
Dedi hidayət olunanlar: «Deyil yardım olunanlar üzərində bir şeyin». dedi yardım olunanlar: «Deyil hidayət olunanlar üzərində bir şeyin». onlar tilavat edirlər kitabıBelə dedi o kəslər ki, bilmirləronların sözlərinin mislini. Allah hökm edəcək arasında onların qiyamət gününədə ki, oldular onda ixtilaf edənlər.
A.Mehdiyev və D.Cəfərli:
Yəhudilər dedilər: «Xristianlar haqq dində deyildirlər.» xristianlar dedilər: «Yəhudilər doğru dində deyildirlər.» Halbuki, onların hamısı (səma) kitab(ı) oxuyurlar. (Deməli iddiaların hər ikisi səhvdir hər iki şəriət yalnız öz zamanlarında haqdır.) (Müşriklər kimi) nadanlar da onların sözləri kimi (sözlər) dedilər (ki, müsəlmanlar haqq deyildirlər). Odur ki, barəsində ixtilafa düşdükləri şey barəsində onların aralarında Qiyamət günü Allah hökm edəcəkdir.
Kövsər Tağıyev:
Yəhudilər: “Xristianlar bir əsas üzərində deyillər (bir şeyə əsaslanmırlar)”, de-dilər. Xristianlar da: “Yəhudilər bir əsas üzərində deyillər (bir şeyə əsaslanmırlar)”, dedilər. Halbuki hamısı Kitabı1 oxuyurlar. (Kitabı) bilməyənlər eynilə bunların dedikləri kimi demişdilər. Artıq onların aralarında razılığa gələ bilmədikləri ixtilaf barəsindəki hökmü qiyamət günü Allah verəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Yəhudilər dedilər: "Xaçpərəstlər heç bir şeyə istinad etmirlər" xaçpərəstlər isə: "Yəhudilər heç bir şeyə istinad etmirlər" dedilər. Halbuki onlar Kitabı oxuyurlar. Bilməyənlər eləcə onlar kimi dedilər. Allah ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcəkdir.
Sabirə Dünyamalıyeva:
Yəhudilər dedilər: "Xristianlar bir şeyə istinad etmirlər/onların əhəmiyyətli bir yanı yoxdur." Xristianlar da dedilər: "Yəhudilər bir şeyə istinad etmirlər/onların əhəmiyyətli bir yanı yoxdur." Halbuki onlar, kitabı oxuyurlar. Bilməyənlər onların sözü kimi şeylər dedilər. Artıq, ixtilaf etdikləri şeylər barədə qiyamət günündə onların arasında Allah hökm verəcəkdir.