Möminun Surəsi 113. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar: “Bir gün yaxud bir gündən az qaldıq. Sən (günləri) sayanlardan soruş”– deyəcəklər.
Bünyadov-Məmmədəliyev:
Onlar: “Bir gün, bir gündən az, hər halda, sayanlardan (insanların əməllərini sayan mələklərdən) soruş!” deyə cavab verəcəklər.
Elmir Quliyev :
Они скажут: "Мы пробыли день или часть дня. Лучше спроси тех, кто вел счет".
Ələddin Sultanov:
Onlar: “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq. Sayanlardan (mələklərdən) soruş!” - deyəcəklər.
Kerbelayi Malik ağa:
‘Bir gün ya günün bir hissəsi qədər qaldıq. O zaman (onu), sayanlardan soruş.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Qaldıq bir gün, ya günün bəzisini, sayanlardan soruş!»
A.Mehdiyev və D.Cəfərli:
Onlar (axirətin əbədi olmasını bildikdən onu dünya Bərzəx ilə müqayisə etdikdən sonra) deyərlər: «Bir gün ya günün bir hissəsini. (Sənin tərəfindən) sayanlardan soruş.»
Kövsər Tağıyev:
Onlar: “Bir gün ya da bir gündən az qaldıq. Hesab tutanlardan soruş”, deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyəcəklər: “Bir gün ya bir gündən az qaldıq. Sən hesablayanlardan [mələklərdən] soruş".
Sabirə Dünyamalıyeva:
Onlar: "Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq. Bunu sayanlardan soruş" dedilər.