Əlixan Musayev:
Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.
Bünyadov-Məmmədəliyev:
Biz ona İshaqa (peyğəmbərliklə, övlad çoxluğu ilə) bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!
Elmir Quliyev
:
Мы благословили его и Исхака (Исаака). Среди их потомства есть творящие добро и поступающие явно несправедливо к самим себе.
Ələddin Sultanov:
Ona və İshaqa bərəkət verdik. Onların nəslindən yaxşı əməl sahibi də, açıq-aşkar özünə zülm edən də var.
Kerbelayi Malik ağa:
Ona (Hz. İbrahimə) və İshaqa bərəkət verdik (mübarək etdik). İkisinin nəslindən muhsin olan da, nəfsinə açıq-aşkar zülm edən də var.
Ələsgər Musayev:
və bərəkətli etdik üzərində onun və üzərində Ishaqın. Və zürriyyətlərindən onların yaxşılar və zalim öz nəfsi üçün aşkar.
A.Mehdiyev və D.Cəfərli:
Ona və İshaqa (övladlarının peyğəmbər olması, kitab və şəriətləri ilə) bərəkət verdik. O ikisinin övladlarından bəziləri yaxşı əməl sahibi, bəziləri özlərinə aşkar zülm edəndirlər.
Kövsər Tağıyev:
Onu da, İshaqı da uğurlu etdik. Hər ikisinin nəsillərindən yaxşılıq edənlər də vardı, özünə açıq-aydın zülm edənlər də.
M.Qənioğlu və T.Bilaloğlu:
Ona [İsmailə] və ishaqa xeyir-bərəkət verdik. İkisinin də nəsli içərisində əməlisalehi də, aşkar özünə züim edəni də var idi.
Sabirə Dünyamalıyeva:
İbrahimə və İshaqa bərəkət verdik. Hər ikisinin nəslindən də yaxşı-gözəl əməl işləyən [də], açıq-aşkar özünə zülm edən [də] vardır.