Əraf Surəsi 113. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sehrbazlar Fironun yanına gəlib dedilər: “Əgər qalib gəlsək, doğrudanmı bizim üçün mükafat olacaq?”
Bünyadov-Məmmədəliyev:
Sehrbazlar Fironun yanına gəlib dedilər: “Əgər biz (Musaya) üstün gəlsək, yəqin ki, bizə bir mükafat veriləcək!”
Elmir Quliyev :
Колдуны пришли к Фараону и сказали: "Если мы одержим верх, то нам полагается вознаграждение!"
Ələddin Sultanov:
Sehrbazlar Fironun yanına gələrək: “Əgər qalib gəlsək, bizə həqiqətən, bir mükafat veriləcək!” - dedilər.
Kerbelayi Malik ağa:
Sehrbazlar Fironun yanına gəldilər. ‘Əgər qalib gəlsək, həqiqətən bizə bir əcr (mükafat) veriləcək?’ dedilər.
Ələsgər Musayev:
Sehrkarlar gələrək Firaunun yanına, dedilər: «Həqiqətən, əgər qalib gələriksə, bizim üçün mükafat olacaq?»
A.Mehdiyev və D.Cəfərli:
sehrbazlar Fironun yanına gələrək dedilər: «Əgər biz qalib gəlsək, bizim üçün mütləq mühüm bir muzd olacaqmı?»
Kövsər Tağıyev:
Sehrbazlar Firon(un hüzurun)a gəldilər. “Əgər qalib gələnlər biz olsaq, mütləq bizə bir mükafat var, eləmi?” dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sehrbazlar Fironun yanına gəlib dedilər "Əgər qələbə çalsaq, doğrudan da mükafat bizim olacaq?"
Sabirə Dünyamalıyeva:
o çox bilikli, sehrbaz, nüfuzlu alimlər Firona gəldilər: "Əgər qalib gələn biz olsaq, bizim üçün həqiqətən böyük bir mükafat olacaq/olacaqmı?" dedilər.