Əlixan Musayev:
Gündüzün iki başında (əvvəlində və axırında), və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).
Elmir Quliyev
:
Совершай намаз в начале и конце дня и в некоторые часы ночи. Воистину, добрые деяния удаляют злодеяния. Это — Напоминание для поминающих.
Ələddin Sultanov:
Gündüzün iki başında və gecənin ilk vaxtlarında namaz qıl! Həqiqətən, yaxşı əməllər pis əməlləri yox edər. Bu, öyüd almaq istəyənlər üçün bir nəsihətdir. (Təfsirçilərə görə, gündüzün iki başındakı namazlar sübh, günorta və ilkindi namazı, gecənin yaxın vaxtlarındakı namazlar isə axşam və yatsı namazlarıdır.)
Kerbelayi Malik ağa:
Gündüzün iki tərəfində və gecənin gündüzə yaxın qismində namazı qıl. Şübhəsiz ki, həsənələr (qazanılan dərəcələr), seyyiati (itirilən dərəcələri) aradan qaldırar. Bu zikr edənlər üçün bir öyüddür.
Ələsgər Musayev:
Ayağa qalx islahata günün
tərəflərində və gecənin qaranlıq çağında. Həqiqətən, yaxşılıqlar
pislikləri aparar! Bu yad etmə yad edənlər üçündür.
A.Mehdiyev və D.Cəfərli:
Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır (günahın çirkinliyini nəfsdən, onun fəsadlarını aləmdən, onun ləkəsini əməl dəftərindən və əzaba düçar olmağı günah etmiş şəxsdən uzaqlaşdırır). Bu, yada salıb xatırlayanlar üçün bir öyüddür.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Gündüzün iki tərəfində və gecənin gündüzə yaxın vaxtlarında namaz qıl. Çünki yaxşılıqlar pislikləri yuyub aparar. Bu, öyüd götürənlər üçün bir öyüddür.
M.Qənioğlu və T.Bilaloğlu:
Gündüzün hər iki yarısında və gecənin ilk saatlarında namaz qıl! Həqiqətən, xeyir işlər pis əməlləri yuyub aparır. Bu, yadda saxlayanlar üçün bir zikrdir.
Sabirə Dünyamalıyeva:
Və gündüzün iki tərəfində və gecənin yaxın saatlarında səlatı [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə işini] yerinə yetir, çünki yaxşılıqlar pislikləri aradan qaldırar. Bu, ibrət götürənlər üçün bir öyüd-nəsihətdir.