Taha Surəsi 114. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Haqq Hökmdar olan Allah ucadır! Onun (ayələrinin) vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de.
Bünyadov-Məmmədəliyev:
Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır! (Müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!) Həm (ey Peyğəmbərim! Cəbrail tərəfindən) sənə tamam-kamal vəhy olunmadan əvvəl Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Mənim elmimi artır!” de.
Elmir Quliyev :
Превыше всего Аллах, Истинный Царь! Не торопись читать Коран, пока ниспослание откровения тебе не будет завершено, и говори: "Господи! Приумножь мои знания".
Ələddin Sultanov:
Həqiqi hökmdar olan Allah ucadır! Sənə Onun vəhyi gəlib tamamlanmazdan əvvəl (Quranı) oxumaqda tələsmə və: “Ey Rəbbim, elmimi artır!” - de.
Kerbelayi Malik ağa:
Haqq Məlik olan Allah Ucadır! Quranın vəhyi sənə tamamlanmadan əvvəl tələsmə. ‘Rəbbim, mənim elmimi artır.’ de.
Ələsgər Musayev:
Alidir Allah Haqq Məlikdir! Vəhy etməmişdən qabaq Qur’an barəsində tələsmə de: «Rəbbim! Artır mənim elmimi!»
A.Mehdiyev və D.Cəfərli:
Buna görə varlığın mütləq sahib hökmdarı, haqq sabit olan Allah pak ucadır. Qur’anın sənə vəhy (edilməs)i sona çatmamışdan qabaq on(un mənimsənilməsi oxunmasın)da tələsmə «ey Rəbbim, mənim elmimi artır!» de.
Kövsər Tağıyev:
Həqiqi hökmdar olan Allah ucadır. Sənə vəhy edilməsi tamamlanmadan əvvəl Qur`anı oxumağa tələsmə. “Rəbbim! Elmimi artır”, de.
M.Qənioğlu və T.Bilaloğlu:
Haqq hökmdar olan Allah (Hər şeydən) ucadır. Quran sənə vəhy olunub tamamlanmayınca sən Quranı oxumağa tələsmə "Rəbbim, mənim biliyimi artır“ - de.
Sabirə Dünyamalıyeva:
Bax gör, haqq olan, yeganə hökmdar olan Allah qədər ucadır! Onun vəhyi sənə [gəlib] tamamlanmadan qabaq, oxumaq/öyrətmək üçün tələsmə və: "Ey Rəbbim, mənim elmimi artır!" de.