Əlixan Musayev:
Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər.
Bünyadov-Məmmədəliyev:
Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.
Elmir Quliyev
:
Они веруют в Аллаха и в Последний день, велят творить одобряемое, запрещают предосудительное и торопятся совершать добрые дела. Они являются одними из праведников.
Ələddin Sultanov:
Onlar Allaha və axirət gününə inanır, yaxşı işlər görməyi əmr edib pis əməllərdən çəkindirir və xeyirli işlər görməkdə bir-birləri ilə yarışırlar. Onlar əməlisaleh kimsələrdəndirlər.
Kerbelayi Malik ağa:
Onlar Allaha və yəvmil axıra iman edərlər, maruf (irfan) ilə əmr edər və münkəri (pisliyi) qadağan edərlər və xeyir işlərə tələsərlər. Onlar salehlərdəndir.
Ələsgər Musayev:
Inanırlar Allah ilə və
günü ilə axırın və əmr edirlər mərifət ilə və qadağan edirlər
inkardan və sürətlidirlər xeyratda. Həmin onlardır salehlərdən.
A.Mehdiyev və D.Cəfərli:
Onlar Allaha v? axir?t gunun? iman g?tirir, b?y?nil?n is? ?mr edir, nalayiq isd?n c?kindirir v? xeyir isl?r? t?l?sirl?r. Onlar l?yaq?tlil?rd?ndirl?r.
Kövsər Tağıyev:
Onlar Allaha və axirət gününə inanırlar. Yaxşılığı əmr edirlər. Pisliyi qadağan edir, xeyirli işlərdə bir-biriləri ilə yarışırlar. Onlar salehlərdəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Allaha və axirət gününə imanı bəyənilən işlər buyurur, pis əməllərdə çəkindirir və xeyir işlər görməkdə yarışırlar. Bunlar əməlisalehlərdir.
Sabirə Dünyamalıyeva:
Allaha və axirət gününə iman gətirirlər, hər kəs tərəfindən yaxşı qəbul edilən şeyləri əmr edirlər, hər kəs tərəfindən pis qəbul edilən şeylərdən çəkindirməyə çalışırlar, xeyirli işlərdə bir-birləriylə yarışırlar. Bax onlar, yaxşı insanlardır.