Ənam Surəsi 114. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(De:) “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma.
Bünyadov-Məmmədəliyev:
Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə nazil etdiyi halda, mən (haqq ilə batili ayırd etmək üçün) Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma!
Elmir Quliyev :
Скажи: "Неужели я пожелаю иного судью, помимо Аллаха, в то время как Он ниспослал вам Писание, подробно разъяснив его?" Те, кому Мы даровали Писание, знают, что оно ниспослано от твоего Господа с истиной. Посему не будь в числе тех, кто сомневается.
Ələddin Sultanov:
(De:) “Allahdan başqa bir hakimmi istəməliyəm?! Halbuki sizə Kitabı təfsilatlı olaraq nazil edən Odur”. Kitab verdiyimiz kimsələr onun Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Ona görə əsla şübhəyə düşənlərdən olma!
Kerbelayi Malik ağa:
Artıq Allahdan başqa bir hakimmi axtarmalıyam? Sizə Kitabı açıqlanmış (təfsilatlı) olaraq nazil edən Odur. Kitab verdiyimiz kimsələr Onun sənin Rəbbindən haqq ilə endirildiyini bilirlər. O halda əsla, şübhə edənlərdən olma!
Ələsgər Musayev:
Beləcə sərf edirik ayətləri, deyələr: «Sən dərs alırsan» Biz onu bilən qoum üçün bəyan edək.
A.Mehdiyev və D.Cəfərli:
(Kafirlərə de:) Sizə (bəşər cəmiyyətinə dini maarif haqq ilə nahaqqın bir-birindən seçilməsi yolu) geniş şəkildə açıqlanmış bu kitabı nazil edən Allah olduğu halda, mən Ondan başqa ayrı bir hakim arayım?! (Səmavi) kitab verdiyimiz şəxslər bu kitabın sənin Rəbbin tərəfindən haqq doğru olaraq (və ali ağılın qəbul etdiyi məqsədlər üçün) nazil olunduğunu bilirlər. Buna görə əsla şəkk edənlərdən olma.
Kövsər Tağıyev:
“Sizə Kitabı (Qur`anı) açıqlanmış olaraq endirən O olduğu halda mən Allahdan başqa bir hakimmi axtarım?” (de). Kitab verdiklərimiz onun Rəbbin qatından haqq olaraq endirildiyini bilirlər. Elə isə şübhə edənlərdən olma.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Məgər Allahdan başqa bir hökm verənmi istərəm? Axı sizə Kitabı [Quranı] təfsilatı ilə nazil edən Odur". Kitab bəxş etdiklərimiz bilirlər ki, o, sənin Rəbbin tərəfindən haqq olaraq nazil edilmişdir. Heç vaxt şəkk edənlərdən olma!
Sabirə Dünyamalıyeva:
O, sizə Quranı müfəssəl/haqq-batil ayrılmış olaraq nazil etdiyi halda, Allahdan başqa bir hakimmi axtarım?" Kitab verdiyimiz o kəslər, Quranın şübhəsiz Rəbbindən haqq ilə nazil edildiyini bilirlər. O halda, sən onların, bu kitabın Allah tərəfindən nazil edildiyini bildiklərinədn əsla şübhə etmə.