Əlixan Musayev:
İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim (Allaha) çox yalvaran həlim bir kimsə idi.
Bünyadov-Məmmədəliyev:
İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim (Allaha çox dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi.
Elmir Quliyev
:
А молитва Ибрахима (Авраама) о прощении для его отца была всего лишь исполнением обещания, которое он ему дал. Когда же ему стало ясно, что его отец является врагом Аллаха, он отрекся от него. Воистину, Ибрахим (Авраам) был смиренным, выдержанным.
Ələddin Sultanov:
İbrahimin öz atası üçün bağışlanma diləməsi isə, yalnız ona söz verdiyi üçün idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra ondan uzaqlaşdı. Həqiqətən, İbrahim yalvarıb-yaxararaq Allaha çox dua edən və səbirli bir insan idi.
Kerbelayi Malik ağa:
İbrahimin atası üçün məğfirət diləməsi olmaz. Yalnız ona vəd etdiyi vəd istisnadır. Lakin onun (atasının) Allahın düşməni olduğu ona bəlli olduğu (bəyan edildiyi) zaman ondan uzaqlaşdı. İbrahim şübhəsiz ki, əvvahdır (ürəyi çox sızlayan), həlimdir (çox mərhəmətli və ürəyi yumşaqdır).
Ələsgər Musayev:
Olmadı bağışlanmaq istəmək Ibrahimə atası üçün,
ancaq ki, vədəyə xatir, vəd vermişdi ona. Amma elə ki, aydın
oldu onun üçün, həqiqətən, o, düşməndir Allah üçün, uzaq oldu
ondan. Həqiqətən, Ibrahim həlim əhvallı idi!
A.Mehdiyev və D.Cəfərli:
İbrahimin atası (əmisi Azər) üçün bağışlanmaq istəməsi (istiğfar etməsi) yalnız ona verdiyi vədə (onun üçün istiğfar edəcəyini vəd etməsinə) görə idi. Buna görə də elə ki, (onun küfrdə israrlı olmasından, ya küfr halında ölməsindən) ona (İbrahimə) onun (əmisinin) Allahın düşməni olması aydın oldu ondan uzaqlaşdı (çünki əfv diləmək Allahla düşmən olan kəs üçün deyil Allahın düşmən olduğu kəs üçündür). Həqiqətən İbrahim haqdan qorxan, günahdan qəmgin olan, (Allah dərgahına) ürəkdən çox ah çəkən və həlim idi.
Kövsər Tağıyev:
İbrahimin öz atası üçün əfv diləməsi yalnız ona verdiyi bir sözə görə idi. Onun bir Allah düşməni olduğu özünə açıq-aydın bəlli olduqda ondan uzaqlaşdı. Şübhəsiz, İbrahim həssas və mülayim idi.
M.Qənioğlu və T.Bilaloğlu:
İbrahimin öz atasının bağışlanması haqqındakı xahişi yalnız ona verdiyi vədə görə idi. Ona aydın olduqda ki, o, Allahın düşmənidir, ondan əl çəkdi. Həqiqətən, İbrahim çox dua edib yalvarandır, həlimdir!
Sabirə Dünyamalıyeva:
İbrahimin öz atası üçün bağışlanma diləməsi də yalnız ona vermiş olduğu bir vədə görə idi. Sonra onun, Allahın düşməni olduğu özünə yaxşıca bəlli olduqda, ondan uzaqlaşdı. Şübhəsiz ki, İbrahim, çox həssas, çox həlim xasiyyətli biri idi.