Əlixan Musayev:
Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!
Elmir Quliyev
:
Аллаху принадлежат восток и запад. Куда бы вы ни повернулись, там будет Лик Аллаха. Воистину, Аллах — Объемлющий, Знающий.
Ələddin Sultanov:
Şərq də, Qərb də Allahındır. Ona görə də hansı tərəfə yönəlsəniz, Allah oradadır. Şübhəsiz ki, Allah hər şeyi əhatə edəndir, hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
Şərq də, qərb də Allahındır. Artıq hansı tərəfə dönsəniz dönün, Allahın Vəchi (Zatı) məhz oradadır. Şübhəsiz ki, Allah Qəyyumdur (rəhməti və lütfü genişdir, hər şeyi elmi ilə əhatə edəndir).
Ələsgər Musayev:
Allah üçündür məşriq və məğrib. Hara dönsəniz, hər
səmtdə vəchidir Allahın. Həqiqətən, Allah Vəsidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Şərq və qərb (yer kürəsi, eləcə də şərq və qərbi olan bütün planetlər) Allaha məxsusdur. Odur ki, (bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız Allahın üzü (səmti) oradır. Şübhəsiz Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir.
Kövsər Tağıyev:
Şərq də, qərb də (bütün yer üzü) Allahındır. Hansı tərəfə yönəlsəniz, Allahın üzü2 elə oradadır. Şübhəsiz ki, Allah lütfü geniş olandır, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Şərq də, Qərb də Allahındır. Hansı səmtə üz tutsanız, Allahın çöhrəsi oradadır. Həqiqətən də Allah intihasızdır, hər şeyi biləndir !
Sabirə Dünyamalıyeva:
Və şərq-qərb [hər tərəf] yalnız Allahındır. Elə isə hara yönəlsəniz, ora Allahın üzüdür. Şübhəsiz ki, Allah, elmi və rəhməti geniş və sərhədsiz olandır, ən yaxşı biləndir.