Taha Surəsi 115. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz bundan əvvəl Adəmlə əhd bağlamışdıq. Lakin o, əhdi unutdu Biz onda əzm görmədik.
Bünyadov-Məmmədəliyev:
Doğrusu, bundan əvvəl Adəmə (Şeytana uymamağı) tövsiyə etmişdik. Lakin o (tövsiyəmizi) unutdu Biz onda (əhdi qorumağa) əzm (səbat) görmədik.
Elmir Quliyev :
Прежде Мы заключили завет с Адамом, но он забыл, и Мы не нашли у него твердой воли.
Ələddin Sultanov:
Şübhəsiz ki, daha əvvəl Adəmə (müəyyən şeyləri) əmr etmişdik. Ancaq o unutdu. Biz onda əzmkarlıq görmədik. (Həzrət Adəm Allahın qadağan etməsinə baxmayaraq, şeytanın vəsvəsəsi ilə qadağan olunmuş ağacın meyvəsindən yemiş sözündə durmamışdı. Yuxarıdakı ayədə bu hadisəyə işarə edilmişdir.)
Kerbelayi Malik ağa:
And olsun ki, Adəmə (ə.s) əhd verdik. Lakin o unutdu onu əzmli görmədik.
Ələsgər Musayev:
Əlbəttə, bundan qabaq Adamla əhd bağladıq o, unutdu Biz onu əzimli tapmadıq.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz əvvəlcədən Adəmə tapşırdıq (ki, qadağan edilmiş ağacdan yeməsin). Amma o unutdu Biz onda (möhkəm) əzm görmədik.
Kövsər Tağıyev:
And olsun, bundan əvvəl biz Adəmə (cənnətdəki ağacın meyvəsindən yeməməyi) əmr etdik. O isə bunu unutdu. Biz onda bir əzmkarlıq görmədik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz bundan əvvəl Adəmlə əhd bağlamışdıq. O isə unutdu. Biz onda əzm görmədik.
Sabirə Dünyamalıyeva:
and olsun Biz, bundan əvvəl Adəmdən vəd aldıq, o yadından çıxardı, vədini tutmadı Biz, onda bir əzm görmədik.